2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Qəddafinin keçmiş tərcüməçisi Sarkoziyə verilən pullardan danışdı

Muammar Qəddafinin keçmiş tərcüməçisi Miftah Missuri RT telekanalına müsahibəsində Fransanın sabiq prezidenti Nikolya Sarkozinin seçki kampaniyasının Liviyanın keçmiş lideri tərəfindən maliyyələşdirilməsinin təfərrüatlarını açıqlayıb.

Missurinin sözlərinə görə, Sarkozi Liviyaya səfər edərək Qəddafi ilə görüşüb və prezidentliyə namizədliyini irəli sürmək niyyətini ona açıqlayıb. Əvəzində Qəddafi ona “hər cür” dəstək vəd edib.
Keçmiş tərcüməçi bildirib ki, Sarkozinin seçki qərargahının nümayəndələri Qəddafinin məmurları ilə mütəmadi əlaqədə olub və yardım alıblar.

Missuri bildirib ki, Qəddafi əvvəlcə Sarkozinin seçki qərargahına 50 milyon avro verməyi nəzərdə tutsa da, sonradan bu məbləği 20 milyona endirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Qəddafi Sarkozinin seçki kampaniyasına pul xərclədiyini gizlətmirdi. O, bu haqda Liviya televiziyasına açıqlamasında da məlumat verib. Şəxsən mənimlə söhbətində isə cənab Qəddafi demişdi ki, Sarkoziyə 20 milyon avro verib” – Missuri bildirib.

Qeyd edək ki, Sarkozi bu ittihamlarla bağlı Fransada cinayət məsuliyyətinə cəlb edilib, hazırda istintaq gedir. Sarkozi seçki kampaniyasının qanunsuz maliyyələşdirməkdə, Liviyanın dövlət vəsaitlərini gizlətməkdə və passiv korrupsiyada şübhəli bilinir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button