2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Qəhrəman türk pilotu imkansızı bacararaq ilkə imza atdı – VİDEO

Afrində keçirilən əməliyyatlarda hədəfi yüksəkdən vura bilməyəcəyini anlayan qəhrəman türk pilotu təyyarəçilik tarixinə keçəcək bir ilkə imza atıb.

Bizimyol.info Türkiyə mediasına istinadən xəbər verir ki, PKK terrorçularının dağın altında yerləşən tuneldəki silah anbarını partlatmaq istəyən qırıcı təyyarənin pilotu 20 metrə qədər aşağı enərək hədəfi müvəffəqiyyətlə nişan alıb və özü heç bir zərər görməyib.

Silah anbarı dağın altında yerləşdiyi üçün dağın üzərinə atılacaq bomba lazımi effekt göstərməyəcəkdi. Pilot silah anbarının tam qapısından isçərini hədəf almağa qərar verdi. Əslində bu çox təhlükəli əməliyyat ola bilərdi. Çünki silah anbarı partladıqdan dərhal sonra hava dalğası qərıcı təyyarəni də zədələyə bilərdi. Pilot 30 saniyə ərzində həm hədəfi nişan almalı, həm bombanı atmalı , həm də hadisə yerindən uzaqlaşmağı bacarmalıydı. Keçmiş döyüş pilotu Məsut Haqqı bildirib ki, bombanın partlamasından sonra ərazidə yaranacaq 3000 dərəcə istilik böyük risk daşıyırdı: “Türkiyəli hərbiçilərin dediyinə görə bombanın blast təsiri ilə pilot zamanında qaçmasa öz raketi ilə özünü vura bilərdi”

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button