2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

“Qəlbimə sıxıntı gəlir, gözlərim dolur“ – Xalq artisti

“Səhranı, yarpaqların saralmasını, göy üzünün qaranlıq notlarla köklənməsini sevmirəm! Qəlbimə sıxıntı gəlir, gözlərim tez-tez dolur, daha cox duyğulara qərq oluram”.

24saat.org xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yazıb. Aktrisa payız fəslini sevmədiyini, bu ərəfədə tez-tez kövrəldiyini deyib:

“Yay fəsli bitmək üzrədir! Mənim ən cox sevdiyim fəsil yaz və yaydır. Təbiətin canlı olması mənə ruh verir, dənizi, yaşıllığı cox sevirəm. Sağlam ruh sağlam həyatdır. Neyləmək olar, Allahın yaratdığı hər bir fəslin öz gözəlliyi və özəlliyi var. Şükürlər olsun hər günümüzə. Fəsillər dəyişdikcə, ömrümüzdən bir yarpaq düşür. Bu qısa ömrü gözəl düşüncələrlə, pisliklərdən uzaq olaraq, hər bir insan öz ömrünü sağlam ruhda yaşasın. Gözəl həyat arzusu ilə”.

Saytların yığılması Saytlarin yigilmasi

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button