2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

Qəlpə -bir döyüşçünün hekayəsi…

İlham elə təzəcə yeyib rahatlanmaq istəyirdi ki, telefon zəng çaldı. Dəstəyi götürən kimi Mehdinin Həyəcanlı səsini eşitdi:
-Şükür gəlib çıxmısan, neçə gündü sizə zəng edirdim, deyirdilər rayondasan. Xəbərin var, Nail yenə yaralanıb, bu dəfə lap pis. Vəziyyəti ağırdı. Tez gəl bizə, oradan da gedəcəyik Əhmədli tərəfə, Neyroxirurgiya xəstəxanasına.
Dostu bunu deyib dəstəyi asdı. İlham tələsik əynini geyinib aşağı düşdü. Narahat idi. Mehdinin səsindəki aşkar həyacan ona da siyarət etmişdi. Avtobusa mindi. Boş yer tapı oturdu.Avtobusun yan şüşəsindən baxaraq yol boyu ötənləri xatırladı…
Mehdi onun əskərlik dostu idi, elə Nail də. Bir yerdə Pribaltikada xidmət çəkmişdilər.
Hər üçünün əsilləri rayondan olsa da Bakıda böyümüşdülər. İlk dəfə hərbi xidmətə gedərkən Biləcəridəki Toplanış Məntəqəsində tanış olmuşdular. Həmin vaxt ümumilikdə 50 nəfərdən çox azərbaycanlı xidmət çəkmək üçün Vülnüsə aparılacaqdı. Uşaqlarda həyəcan vardı. Sözün əsil mənasında əksəriyyət həyatı Bakidan kənara çıxmamışdı. Kənd cavanlarından bəziləri hətta Bakını ilk dəfə görürdü. İlk dəfə Naili orda sezdi. Başqalarından fərqli olaraq dil qəfəsə qoymur, deyib gülürdü. Elə bil dünya vecinə deyildi. Orta boylu, kök dolu oğlan idi. Arıq bədənli, bəstəboy Mehdi isə onun yanından əl çəməkmirdi. Sən demə elə eyni məktəbdə, paralel siniflərdə oxuyublarmış.Toplanış məntəqəsində keçirdikləri vaxt ərzində İlham hər ikisi tanış oldu. Tez isinişdilər.
Təyyarəyə minəndə artıq 40 ilin dostları kimi zarafat edirdilər.
Vilnüs onları çiskinli-dumanlı hava ilə qarşılamışdı. Avtobusla şəhərin mərkəzinə gətirmişdilər uşaqları, oradan isə piyada Mərkəzi Toplanış Məntəqəsinə. Burada 50 nəfəri kiçik qruplara bölüb hərəsini müxtəlif hərbi hissələrə göndərdilər. Tale elə gətirdi ki, hər üçü keçmiş Keniqsberq, indiki Kalinqrad ərzisindəki elit hərbi hissəyə aparıldılar. Artıq xidmət başlamışdı.
Bu həmin vaxta təsadüf edirdi ki, “dedovşina” SSRİ ordusunun bəlasına çevrilmişdi. Əskərlər arasənda əsil həbsxana qanuları hökm sürürdü. Nisbətən yaşlı əskərlər cavan əskərləri incidir, öz yerlərinə işlədirdilər. Zabit heyəti bu cəngəllik qanunlarına qarışmaq fikrindən çox uzaq idi. Rusların və diğərlərinin içində başı salamat saxlamaq, mənən sınmamaq üçün hər gün imtahan verdilər. Bir birilərinə dayaq olmaları öz bəhrəsini verdi. Tezliklə qocaman əskərlər onları rahat buraxdı. Sən demə yeni gələnlərin hamısı bu imtahandan keçirmiş. Döyülsə də sözünü yeməyən, diribaş uşaqları daha incitmirdilər. Zəiflər isə avtomatik aşağı təbəqəyə aid edilirdi. Onlar başqalarının əyin-başını yuyur, uzunboğazlarını kremləyir, qocaman əskərlərin əvəzinə naryada çıxırdılar.
Diğər problem isə yeməklə bağlı idi. Ev yeməyindən sonra rusların borşunu, supunu yemək cəhənnəm əzabı idi. Boşqabın içində üzən donuz piyini ilk görəndə Nail diksinmişdi. Zamanla ona da öyrəşdilər. Gecə qaravuluna çıxanda hər əskərə bir parça dnuz piyi sala, çörək və flyaqada su verilirdi. Naryadda acanda salanı iştahla dişinə çəkən Nail gülürdü:” Sən öl , bu donuz piyinə nətər alışmışamsa, sanki ömür boyu dədəm Mazahirin qapısında ancaq sala yemişəm.”
Xidmətləri pis keçmirdi. Ta ki, sona yaxın silah məsələsinə görə cəncələ düşməsəydilər. Kalininqrad yalnız ikinci dünya müharibəsindən sonra SSRİ-nin tərkibinə keşçişdi. Əvvəllər bura Keniqsberq adlanırdı. Bu ərazilər əsil alman torpağı, Almaniyanın bir parçası idi. O vaxct burada dəhşətli döyüşlər getmişdi. Hərbi hissənin ətrafındakı meşəliklərdə paslanmış onlarla rus və alman tankı vardı. Deyirdilər ki, bəzən sink qablarda paslanmamış silah tapmaq olur. Xidmətin sonuna yaxın Nail təklif etmişdi ki, ətraf ərzilərə bir baxış keçirsinlər. Nə isə tapsalar gizlədib, evə gedəndə özləri ilə aparalar. Əslində çoxları silah tapmaq arzusunda idi. Ancaq meşəliklər hər tərəftən bataqlıqlarla əhatə olunmuşdu. Bizdən fərqli olaraq ruslarun hamısında bataqlıq xofu vardı. Onlar deyirdi ki, bataqlıqlar ruhlar diyarına gedən yolun qapılarıdı. Hər bataqlığın öz ruhları var. Bu ruhlar özündən razı olan çox cəsuru gedər-gəlməz cığırlarla ölümə aparmışdı.
Rusların qorxunc əfsanələrinə o qədər də inanmamışdılar.Qışda zabitlər xizək sürməmizə şərait yaradırdı. Xizəklə məşk edərkən istədikləri qədər hərbi hissədən uzaqlaşmaq olurdu. Bir dəfə üçlükdə meşənin lap dərinliyinə getdilər. Orada bataqlığın içində ilk dəfə alman tankı gördükdə sevindilər. Anladılar ki, doğru istiqamətdə gəliblər. Eynən filmlərdə gördükləri tankdan idi, üstünü qar basmışdı. Yaqin ki, yaqxınlıqda köhnə səngərlər olmalı idi. Qazıntı aparsalar silah tapacaqlarına əmin idilər. Ancaq bunun üçün yazın gəlişini gözləmək lazım idi. Donmuş torpağı qazıb nəsə tapmaq mümükünsüz idi.
Həmən yerə yalnız aprelin sonlarında qayıtdılar. İçəriyə doğru getdikcə ağaclar daha sıxlaşırdı. Hündür ağcaqayın ağacları günəş şüalarının qarşısını kəsirdi deyə meçənin içi qaranlıq və rütübətli idi. Üstəlik hər addım atmazdan əvvəl əllərindəki uzun ağac parçaları ilə torpağa basıb yoxlayırdılar. Burada hansı yerin torpaq, hansının bataqlıq olmasını ayırd etmək çətin idi. Bataqlığın üstü eynən talada olduğu kimi yaşıl mamır və otla örtülmüşdü. Naşı adam bunu quru sahə hesab edə bilərdi.Ani ehtiyatsız hərəkət və insanın əvvəcə ayaqları, sonra bütün bədəni tədricən bu yaşıllığın altındakı bataqlığa gömülürdü.
Alman tankının batıb qaldığı yer meçənin ortasındakı açıqlıq sahədə idi. Nəhayət ora gəlib çatdılar. Üstündə xaç çəkilmiş tankın lüləyi əyilmişdi. Qopub düşmüş tırtıllarını, qarşı və yön tərəfdə onu qoruyan zirehli lövhələri mamırla örtülmüşdü. Tanki idarə edən mexanikin əyləşdiyi yerdə böyük deşik vardı. Yaqin ki, zirehdələn silahla elə ordan vurulmuşdu. 30 metr aralıda ilk səngəri tapdılar. Səngərlərin içindəki bərkidici şpal və taxtalar çürümüşdü, yarıyadək lıqqanın içində idi. İnsan sümükləri və paslı gilizlər addımbaşı ayaqlarının altında xırçıldayırdı. Arada torpaqda yarıyadək basdırılmış tank əleyhina mina gördülər. Ancaq qorxusu yox idi. O minalar tankın ağırlığına hesablanmışdı. İnsan yüngül olduğu üçün üstünə çıxsaydılar belə partlamazdı.
Qəribə bir sükut vardı burda. Həqiqətən ruhlar məskəninə oxşayırdı. Nəhayət blindajlardan birini qazdılar. Nəmli torpağı qazmaq çətin deyildi. Amma qurşağa kimi islanmışdılar. Nəhayət dəmir qabın içində “şmayster” avtomatı tapdılar. Çox sevinmişdilər. Uşaqlıqdan sevə-sevə baxdıqları Mixaylonun əlində gördükləri silahdan əldə etmişdilər. Üstəlik bir tapança , iki əl qumbarası da tapdılar. Ancaq qumbaralar paslı idi. Mehdi qumbarları götürməməyi tövsiyyə etsə də Nail qulaq asmadı. “Bəlkə lazım oldu, niyə ataq ki” deyəndən sonra o birilər də razılaşdı.
Hərbi hissəyə çatanadək “Şmayster”dən iki dəfə havaya atəş açdılar. Bir qutu da patron tapmışdılar. Odur ki, sağa-sola güllə yağdırırdılar.
Rotaya çatmamış silahları büküb basdırdılar. Şam yeməyindən sonra yatdılar.
Gecənin bir anı kimsə ilhamı oyatdı. Baçının üstündə qırmızı paqonlu zabit durmuşdu. Belə formanı ilk dəfə idi görürdü. Əlinə qandal vurub baş qərərgaha apardılar. Briqada komandiri onu otağında görəndə yağlı söyüş södü:
-Alçaqlar, elə bilirdiz heç kim bilməyəcək. Atəş açmağınızı eşidiblər. Ətraf kəndlərin sakinləri zastavaya xəbər ediblər. Bəs bilmirsiz bura sərhəddir, hər şey nəzarətdədi? Arxanızca Xüsusi İdarədən gəliblər. Hə, işiniz fırıqdı.
Kombriqdən fərqli olaraq xüsusi idarənin zabiti onunla mehriban danışırdı, hətta siqaret də təklif etd:
-silahlar hardadırsa de, etraf etsən işin yüngülləşər. Dostlarınla bir məsləhətləş.
Bunu deyib qonşu kobinetin qapısın açdı. Nail də, Mehdi də orda idi. İlhamı görcək hər ikisi birdən dilləndi:
-Ayə, səni gözləyirdik, qoy verək əl çəksinlər. Nə deyirsən?
Başqa çıxış yox idi. Zabitlərlə birgə silahı gizlətdikləri yerə gəldilər. Avtomatı gülləni verdilər. İş qumbaraya çatanda zabitin rəngi ağardı:
-Axmaqlar, ağılsızlar. Bunlar paslıdır, hər an partlaya bilərdiz. Qoy deyim minaaxtaranlar gəlib zərərsizləşdirsin.
Silah hadisəsinə görə hər üçü 10 sutka qaubvaxtada həbs cəzası çəkdi. Xidmətin qalan hissəsin sərgüzəştsiz başa vurdular.
Əvvəlcə Nail, sonra Mehdi təxris olundu ,lap sonda İlham. Ayrılanda Bakıda vədılışməyə söz vermişdilər.
İlham Bakıya mayın sonlarında çatdı. Qatarla uzun yol gəlmişdi. Biləcəri stansiyasında düşdü. O sat taksü sürücüləri əhatəyə aldı. Bilidilər ki, əskəri evə aparanda valideynləri babat muştuluq verəcək. Nəhayət biri ilə razılaşdı. Yol boyu gözünə 3-4 yerdə zirehli maşın və rus əskərlər dəydi. Bilirdi ki, 5 ay əvvəl qoşunlar Bakıya girib əhalini gülləboran etmişdi. Eşitmək ayrı, görmək ayrı. Taksi sürücüsü onun maraqla baxdıəğını görüb dil qəfəsə qoymurdu:
-Hə bacı oğlu, bilsəydin burda nələr oldu..
Nəhayət evə çatdı. Evdəkilərnən görüşdən , dincəldikdən sonra Mehdigilə zəng etdi. Həmin axşamı 3 dost Bulvardakı kefelərdən birində bolluca əyləndilər. Sonra xeyli gəzdilər. Şəhərdə o vaxt hələ komentdan satı vardı. Gecə 12-dən sonra əl ayaq yığışırdı. Yosa səhərədək gəzsələr yorulmazdılar.
İş tapana, bir şey planlaşdıranadək müəyyən müddət hər gün görüşdülər. Sonradan Nail milisə düzəldi. Mehdi təcili yardımda sürücü kimi çalışmağa başladı. İlham isə yüngülvari iş tapdı. Əsas məqsədi hazırlaşıb instututa qəbul olunmaq idi.
Lakin hadisələr sürətlə dəyişirdi. Qorbaçovun yenidənqurması fiaskoya uğramışdı. SSRİ çalxalanırdı. Daha vahid və qüdrətli ölkə yox idi. Tezliklə SSRİ tarixin arxivinə qovuşdu. Bununla yanaşı cəbhə bölgəsində gərginlik artırdı. Milisləri növbə ilə döyüş bölgəsinə aparırdılar. Artıq Nail bir neçə dəfıə Kərkicahanda olmuşdu. Günlərin birində onun da içində olduğu avtomobil minamyot atəşinə tutuldu. Naili çoxsaylı qəlpə yaraları ilə Nərimanovdakı hospitala gətirmişdilər. Çoxlu qan itirsə də həyati təhlükəsi yox idi. Bədənindən xeyli qəlpə çıxarmışdılar.
Növbə ilə gah İlham, gah Mehdi palata da yanında qalırdılar. Nail yenə zarafatından qalmırdı:
-Ayə, aşsüzənə dönən mənəm, siz niyə burnunuzu sallamısız.
Dostlar həqiqəti gizlədirdi. Həkim demişdi ki, qəlpələrin hamısı çıxarılıb. Təkcə kürək nahiyyəsində biri ilişib qalıb. Onurğaya yaxın olduğundan cərrah risq etmirdi:
-Eybi yox, hələlik əl dəyə bilmərəm. Onu incitmir. Qoy bu biri yaraları sağalsın bir şey fikirləşərik. Ancaq o qəlpə yerini dəyişib hərəkət edə də bilər. Bax bu təhlükədi.
Nail ayaqa tam qalxanadək bunu ondan gizlətdilər. İlhamın anası həkim idi. Soraqlaşıb Bakıdakı ən yaxşı neyro cərrahın kim olduğunu öyrəndilər. Vəziyyəti Nailə deyib bir yerdə getdilər cərrahın yanına.
Rentgendən sonra bu həkim də cərrahi əməliyyatın riskli olduğunu söylədi.
Bundan sonra Nail hər hansı həkim baxışına getməkdən imtina etdi-
-Ə,bir qotur qəlpə mənə nə edəsidi ki…
Nail yenidən xidmətə başladı. Bu ərəfədə İlham da könülülər sırasına yazılmışdı. Atasıgilin doğma kəndində, əmisinin komandiri olduğu batalyonda döyüşürdü. Elə son iki ayı orda olmuşdu. Kəndd\ kişilərdən başqa heç kim qalmamışdı. Kənd strateji yerdə idi. Ağdam aeroportunun yaxınlığında. Odur ki, ayıq-sayıqlığı itirmək olmazdı. Növbə ilə günü postlarda keçirirdilər. Nəhayət əmisi yanına çağırdı:
-sabah bakıya get. Evdəkilər narahatdı. Bir az dincəl qayıdarsan.
İstirahətsə alınmadı. Evə qayıdandan az sonra Mehdi zəng etmişdi. İndi yol boyu Nail haqda fikirləşirdi, görəsən indi harası parçalanıb, qəlpənin yeri hələ sağalmamışdı..
Mehdi onu elə qapıda qarşıladı:
-Taksi tutub gedək, yolda hər şei danışacam.
Sən demə Nailgili Lənkəranda sərhəddə əməliyata aparıblar. Narkotika qaçaqmalçılarından birini izləyirmişlər. Ələ keçəcəyini görəndə kontrabandis öz arvad-uşağını girov götürüb ki, heç kim yaxın gəlməsin.
Nail onu dilə tutmağa çalışıb, silahını yerə qoyaraq evə yaxınlaşıb. Deyib ki, ailəni burax,kişi arvad arxasında gizlənməz. Cinayətkar əvvəl razı olub, sonra nə düşünübsə qəfil tüfəngi Nailə tuşlayaraq atəş açıb. Kontrabandistı milislər snayprlə vurub. Naili isə ağır halda vertolyotla Bakıya çatdırıblar..
Neyroxirurgiyanın dəhlizləri yaralı ilə dolu idi. 4-cü mərtəbəyə, Nailin palatasına qalxdılar. İlhamın gözləri doldu. Dostu huşsuz halda yatırdı. Anası ağlayaraq deyirdi ki, sinədən aşağını his etmir:
-Bala, qurbanınız olum, gecə yanında hansınız qalsaz muğayat olun. Əhvalı heç xoşuma gəlmir. Birdən nəsə edər özünə. O gün ayaqları tutulan bir əskər də özünü pəncərədən atıb. Qorxuram..
Nail yuxudan ayıldı. İlhamı görüb xəfif gülümsündü:
-Bu dəfə deyəsən ciddidi qardaş. Həkim deyir düzələcəksən. Ancaq inanmıram. Dünən Mehdiyə dedim, ayaq barmaqlarıma iynə soxdu. Heç nə hiss etmədim.
Ilham ona elə öz dilində cavab verdi:
-Ə dızqax olma, düzələıssən dayna. Nə olub. Gərək ananın ürəyin partdadasan. Biz yanındayıq. Ayağa qalxmayanadək burdayıq. Cərrah da deyir ikinci əməliyyatdan sonra düzələcək. Narahat olma.
Beləcə bir gün Mehdi, bir gün Ilham yenə növbə ilə Nailin başında keçik çəkdilər. Yaraları sağalırdı, tibb bacılarından birinin xoşuna gəlmişdi deyə canidildən qulluq edirdi. Bircə əməliiyartın necə keçəsəyi narahat edirdi Naili:
-Əsas ayağa qalxmaqxdı, təki gəzə bilim. Seyddərin cəddi haqqı, qalxsam ha, bu medsestra ilə evlənəcəm. Söz.
Əməliyyat günü gəlib çatdı. Yaralılar çox olduğundan Ukraynadan da mütəxəssislər dəvət olunmuşdu. Ümumiyyətlə həmin vaxtlar istər ön, istər arxa cəbhədə ukraynalılar yardım edirdi bizə. Nailin də əməliyyatını sarıçın, qalın eynəkli, xoşsifət ukraynalı cərrah edəcəkdi….
Əməliiyat 4 saat çəkdi. Dəhlizdə onu həyacanla gözləyən lərə yaxınlaşan cərrah sual verərək Nailin əvvəllər də yaralandığı haqda sorğu-sual etdi. Fikrə getdi, gülümsünüb dedi:
-O yeriyəcək, mütləq yeriyəcək. İnanılmaz möcüzə baş verib. Çox şanslı adammış. Təəcüblənməyin. Ayağa qalxıb yeriyəndə sizə sürprizim olacaq.
Bir həftədən sonra Nail barmaqlarını tərpədə bilirdi. İndi yenidən yeriməyio öyrənməliydi. Dostları onu hər gün adımbəaddım yeriməyinə kömək edirdilər. Nailin əhvalı düzəlmişdi. Söz verdiyi kimi də etmişdi. Hələ tam sağalmamış tibb bacısının barmağına üzük taxmışdı. Artıq həkimlər qəti söz verirdilər ki, çəliklə də olsa müstəqil gəzə biləcək.
Ukraynalı cərrah isə möcüzənin nə olduğunu, necə baş verdiyini nəhayət anlatdı. Sən demə konrtrabandistin atdığı güllə elə yerdən dəyib ki, onurğa sütununu tam dağıtmalıymış. Ancaq bu baş verməyib. Kərkicahanda yaralanan zaman Nailin kürəyində qalan, həkimlərin çıxarmağa risq etmədiyi qəlpə güllənin qasrşısını almışdı. Güllə qəlpəyə dəyərək dayanıb və onurğanı azca zədələyib. Cərrah ikisini də çıxarmışdı. Hər 3 dost salfetə bükülmüş güllə mərmisi ilə, qəlpə qırıntısına maraqla baxırdı…

İlqar Atabəyli

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button