2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Qənimət Zahidin romanı çap edildi -“SON DƏRVİŞ”

Tanınmış jurnalist, “Azadlıq” qəzetini baş redaktoru, hazırda mühacirət həyatı yaşayan Qənimət Zahidin ilk kitabı işıq üzü görüb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə baş redaktorun özü məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

O bildirib ki, yaşlı olsa da, ədəbiyyata ilk addımını atır və hər il bir roman yazmaq gücündədir. “Bəlkə çoxlarına təəccüblü görünə bilər, amma dostlara, hər halda, bu sürpriz xəbəri verməliyəm. Bu ildən başlayaraq peşəkar ədəbiyyat sahəsinə baş vurmaq qərarına gəldim. Gec olduğunun da fərqindəyəm: yaş o yaş deyil. Amma o qədər də gec deyil. Bundan sonra ildə bir roman yaza bilərəm, ilk romanımı da ötən ilin əvvəllərində yazdım, bitirdim, redaktə və korrektura uzun zaman aldı və artıq çap edilib. «Son dərviş» adlı roman tarixi- fəlsəfi əsərdir. Konkretləşdirmək istəmirəm ki, söhbət nədən və kimlərdən gedir, bunu oxuyanlar biləcəklər və əminəm ki, öz təəssüratlarını da bölüşəcəklər. Gec olduğuna (yaş məsələsini nəzərdə tuturam, artıq 60-lara yaxınlaşıram) görə eksperimentlər aparmaq, «bu yaxşı alınmayıbsa o biriləri yaxşı alınar» kimi lüksümün olmadığını da bilirəm. Buna görə də, «Son dərviş»i sadəcə oxucularıma verilən ilk «salam» kimi qəbul edin. Oxucuların isə bəyənəcəyinə əminəm. «Son dərviş» Azərbaycan ədəbiyyatında kimsəyə «sən get, yeniləri gəlsin» iddiası ilə yazılmayıb, dünyada yeni adam deyiləm. Əsər haqqında isə kitabın üz qabığının son səhifəsində belə bir qısa təqdimat yazmışam: «Bu kitabda oxuduğunuz hekayət olmuşdurmu? Kimsə onun olub- olmadığını söyləyə bilməz. Bəlkə, çoxlarının xəbəri yoxdur bu olaylardan, amma xəbəri olanlar da çoxdur. Gözünüzü zilləyib tarixə diqqətlə baxın, sonra da çevrənizdəki insanlara və onların taleyinə baxın: görəcəksiz ki, heç nə uydurma deyil. Görəcəksiz ki, bu kitabda hansısa səhifədə, hansısa fəsildə elə sizin də taleyinizdən nəsə yazılıb və onların heç biri uydurma deyil. Əlbəttə, bu bir tarix deyil, tarixin öyküsüdür. Bizim birgə tariximizin öyküsüdür».  Mən bunları yazdım və yazacağam.

Sayğılı Səadət xanım Cahangirə və Şəmşad Ağaya təşəkkür edirəm!”

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button