2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qənirə Ataşova Ərdoğana sual verərkən ağlamasının səbəbini açıqladı – FOTO (VİDEO)

qenire-atasovaAğlayaraq Qarabağda gedən döyüşlər və Azərbaycanın 12 hərbçisinin şəhid olması ilə bağlı Ərdoğana sual verən azərbaycanlı jurnalist Qənirə Ataşova Türkiyə mətbuatının diqqət mərkəzindədir.

Türkiyəli həmkarlarımız Q.Ataşovanın sual verərkən ağlamasının səbəbini səbəbkarın özündən soruşublar. “Anadolu” xəbər agentliyinə müsahibə verən Ataşova ağalamasının səbəbini bu cür izah edib:

“Şübhəsiz o, jurnalist olaraq öz hisslərimi bəlli etməməli idim. Lakin nəzərə alın ki, mən də bir anayam, qadınam. Mənim də iki övladım var. Şəhid olan əsgərlər mənin də övladlarımdır. Ona görə də təsirləndim. Vətənimin çətin günündə özümü 12 şəhidin anasının, bacısının yerində hiss etdim”.

Saytların yığılması Saytlarin yigilmasi

12 nəfərin şəhid olması barədə xəbər ona məhz Ərdoğanla müsahibədən az əvvəl verildiyini deyən jurnalist Azərbaycan mətbuatında şəhid xəbərlərinin çox həssas qarşılandığını qeyd edib:

“Biz Türkiyədəki şəhid xəbərlərini verərkən də çox həssas davranırıq. Bizim jurnalist olmağımız hisslərimizi öldürməliyik mənasına gəlmir. Xəbəri ancaq xəbər kimi qəbul etməməliyik. İnsan əvvəlcə öz insanlığını qorumalıdır”.

Təxminən 5 aydır vətənimdən uzaqda olduğunu deyən Q.Ataşova ölkəsi üçün çətin olan bir dövrdə qürbətdə yaşayanların da bundan çox üzüldüyünü və narahat olduğunu söyləyib:

“Vətənimin çətin günündə o 12 şəhidin analarının bacılarının yerində özümü hiss etdim. Azərbaycan mətbuatında şəhid xəbərləri çox həssas qarşılanır. Biz Türkiyədəki şəhid xəbərlərini verərkən də çox həssas davranırıq. Bizim jurnalist olmağımız hisslərimizi öldürməliyik mənasına gəlmir. İnsan əvvəlcə öz insanlığını qorumalıdır”.

Jurnalistin Prezident Rəcəb Tayyib Ərdoğanın “Bizim ölkəmizdə mətbuatın gözlərində də bu gözyaşını görə biləcəyikmi?” sözlərini xatırlatmasınına, ANS-in xüsusi müxbiri belə cavab verib:

“Vətən hər şeydən üstündür. Ona xəyanət etmək olmaz. Nə olur olsun vətən sənin canındır, qanındır. Çünki vətənimız olmasa nə edə bilərik ki? ABŞ kimi böyük dövlətlərdə insanlara vətəninə görə hörmət edirlər”.

Söhbət əsnasında Ataşova, Ərdoğanın Azərbaycanda çox sevildiyini və Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu deyib:

“Şübhəsiz  prezident Ərdoğanın mənim hislərimə bu qədər həssas yanaşmasını gözləmirdim. Ona təşəkkür edirəm. O, mənim gözümdə Azərbaycan qadınlarının, analarının bu gün yaşadıqlarını hiss etdi və bunu bütün dünyaya göstərdi”.

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Ermənistan cəbhə xəttində baş verənlərlə bağlı ANS-in ABŞ-dakı müxbiri Qənirə Ataşovaya açıqlama verib.

Q.Ataşovanın Ərdoğana verdiyi sual qardaş ölkənin rəhbərini mütəəssir edib. Prezident Ərdoğan ABŞ-ın Maryland əyalətində ABŞ-da Türk Amerikan Mədəniyyət Mərkəzinin açılışında etdiyi çıxışında ANS əməkdaşını Türkiyə jurnalistlərinə nümunə göstərib.

“Azərbaycan-Ermənistan sərhəddində atışmalar ciddi şəkildə davam edir və bu insidentlərdə hər iki tərəfin böyük itkiləri olub. Bir az əvvəl azərbaycanlı televiziya əməkdaşı qarşımı kəsdi, onun gözlərində göz yaşı gördüm. Görəsən bizim ölkəmizdəki mətbuatın gözlərində də bu göz yaşını görə biləcəyik?”- deyə, Rəcəb Tayyib Ərdoğan bildirib.

Qeyd edək ki, ANS-in Vaşinqton bürosunun müxbiri olan Q.Ataşova Nüvə Təhlükəsizliyi Sammitindən sonra keçirdiyi mətbuat konfransında ABŞ prezidenti Barak Obamaya da sual verib. B.Obama cavabında Azərbaycanın nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükələrinin qarşısının alınmasında olduqca mühüm tərəfdaş olduğunu qeyd edib.

1news.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button