2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏSiyasət

Qərar dövlət başçısınındır

“Ölkədə enerji daşıyıcılarının qiymətlərini 1 nazir, 7-8 nazir müavinindən ibarət olan Tarif Şurası müəyyənləşdirmir. Hər kəs bilir ki, qazın və işığın qiymətlərinin artırılması ilə bağlı son qərar dövlət başçısının qərarıdır”.

Arqument.Az xəbər verir ki, bunu Müsavat başqanı Arif Hacılı feysbukda yazıb.
“Hakimiyyətin bu tipli qərarları suda boğulanın saman çöpünə əl atmasına bənzəyir. Yanlış iqtisadi siyasət, səriştəsizlik, sahələr üzərində monopoliya, korrupsiya, israfçılıq, rüşvətxorluq ölkə iqtisadiyyatını çıxılmaz duruma salıb. Hakimiyyət birdən- birə 3 dəfə azalan dövlət büdcəsini də doldura bilmir. İslahatlar aparmaq, bu barədə verilən təklifləri müzakurə etmək əvəzinə yenə də əhalinin cibinə girmək, xalqın son ehtiyatlarını da əlindən almaq yolunu tutur”, – Hacılı qeyd edib.
Müsavat başqanı bildirib ki, qiymət artımı əhalinin qarət edilməsidir: “Aylar öncə demişdim ki, biz hələ böhrana tam daxil olmamışıq, böhran hələ irəlidədir. Yenə deyirəm ki, böhranın ağır nəticələri hər ay özünü daha qabarıq şəkildə göstərəcək. Qiymət artımı ilə əhalinin qarət edilməsi vəziyyəti xilas etməyəcək. Bəzi partiyalar Avropa oyunlarını alqışlayıb digərləri susanda biz bu oyunları boykot etdik, hakimiyyəti bu oyunlardan imtina etməyə çağırdıq. Bizi eşitmədilər”.
Onun sözlərinə görə, ölkə ciddi siyasi və iqtisadi böhranla üz-üzədir: “Avropa oyunları siyasi məhbusların azadlığa buraxılmaması, fundamental insan haqlarının pozulması fonunda keçirildiyindən Azərbaycana, hətta bu oyunları canfəşanlıqla keçirən hakimiyyətə də ciddi siyasi ziyan vurdu. Milyardlarla vəsaitin xərclənməsi ölkədə maliyyə qıtlığı yaratdı, Maliyyə – bank sisteminin çökməsinin səbəblərindən biri də budur. İndi məlum olur ki, həmin dövrdə ölkəyə turist axını da nəinki artmayıb, əksinə 15 faizədək azalıb”.
“İndi deyirik:
Siyasi partiyaların, vətəndaş cəmiyyətinin, iqtisadi ekspertlərin, xalqın çağırışlarını eşidin, siyasi və iqtisadi islahatlarla bağlı irəli sürülən çoxsaylı təkliflərin müzakirəsi üçün dərhal məsləhətləşmələrə başlayın. İlk olaraq isə İslam Oyunları və Formula 1 yarışlarını keçirməkdən imtina edin”, – deyə Müsavat başqanı hakimiyyətə çağırış edib.
Məsud Turan 
Arqument.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button