2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Qərargah, hələlik, sərtləşdirməyə ehtiyac görmür, lakin…

Məktəblərdə əyani tədrisin bərpası nəzərdə tutulur

Sentyabrın 15-dən məktəblərdə ənənəvi tədrisin bərpası nəzərdə tutulur. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də təşkil etdiyi brifinqdə Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, ənənəvi tədrisin bərpası sentyabrın 15-nə olan epidemioloji vəziyyətdən asılıdır.

Koronavirusla bağlı 2020-cu il matın əvvəllərində Azərbaycanda məktəblər bağlanmışdı. Onda təhsil müəssisələri onlayn tədrisə keçdilər. 2020-ci il sentyabrın 15-də yeni tədris ilində isə yalnız məktəblər ibtidai sinif şagirdlərinin üzünə açıldı. Ötən il tədris müəyyən istisnalarla, əsasən, onlayn keçirilib.

94 faizdə “Delta” ştammı aşkarlanıb

“”Delta” ştammı xüsusi sürətlə yayılır…”. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov isə deyib ki, Azərbaycanda hazırda 94 faiz yayılan “Delta” ştammıdır.

Prezidentin köməkçisi: “Sərtləşdirməyə ehtiyac yoxdur”

“Bu gün hər hansı sərtləşdirməyə getməyə ehtiyac yoxdur”. Bunu da Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün, avqustun 20-də keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.

Lakin o əlavə edib ki, xəstəxanalar xəstə ilə dolarsa, növbəti addımların atılması müzakirə oluna bilər. “Sentyabrın 1-dən böyük ticarət mərkəzlərinə, mehmanxanalara giriş yalnız COVID pasportu ilə olacaq. Eyni zamanda, bu, ali təhsil müəssisələrində tələbələrdən də istəniləcək”, – prezidentin köməkçisi vurğulayıb.

TƏBİB: Koronavirusdan ölənlərin 99 faizi vaksin olunmayanlardır

“Koronavirusdan vəfat edənlərin 99 faizi vaksin olunmayan vətəndaşlarımızdır”. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, mart ayından indiyə qədər COVID-19-a yoluxub reanimasiyaya düşənlərin 96 faizi peyvənd olunmayanlardır.

O əlavə edib ki, indiyədək əhalinin 24 faizi vaksin olunub. TƏBİB-in hesablamalarına görə, bu günə qədər Azərbaycanda vaksin olunanların arasında sadəcə 0.6 faiz yoluxma halı müşahidə olunub: “Bizdə iki dozanı qəbul etmiş vətəndaşların sayı əsas götürülür”.

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya bu il yanvarın 18-dən start verilib. Ölkədə, əsasən, Çinin “Sinovac” şirkətinin vaksinindən istifadə edildiyi açıqlanıb.

Sentyabrdan…

“Dünyada pandemiya davam edir. Son günlər Azərbaycanda da koronavirusa yoluxma sayı kifayət qədər yüksəkdir”. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün, avqustun 20 -də keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

“Sentyabrdan növbəti məhdudiyyətlər tətbiq olunacaq”, – Ş.Mövsümov vurğulayıb.

Koronavirus pandemiyası ilə bağlı ötən ilin martından Azərbaycanda karantindir. Bu müddət ərzində rejim zaman-zaman sərtləşdirilərək sonra da yumşaldılıb. Bu ilin sentyabrından tələbələrdən, restoran və iri ticarət mərkəzlərinə gedənlərdən COVID-19 pasportu tələb olunacağı gözlənilir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.4 milyon şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə ümumilikdə 380 min 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 min 231-nin vəfat etdiyi bildirilib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button