2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

Qərb Ukraynaya döyüş təyyarələri verəcəkmi?

ABŞ millət vəkilləri də NATO üzvü olan ölkələrin sovet döyüş təyyarələrinin Ukraynaya transfer edilməsi üçün Bayden administrasiyasına təzyiq göstərirlər
Polşanın özünün bütün MiG-29 donanmasını Birləşmiş Ştatların ixtiyarına verməsi qərarı Vaşinqtonu “təəccübləndirib”.
Reuters agentliyi yazır ki, bunu martın 8-də Dövlət Departamentinin vəzifəcə 3 nömrəli diplomatı Viktoriya Nuland Senat dinləməsi zamanı deyib.
Bundan əvvəl Ukrayna Rusiya təcavüzünə qarşı daha effektli mübarizə aparmaq məqsədilə Avropa ölkələrindən döyüş təyyarələri istəmişdi.
Xanım Nuland Senatın Xarici Əlaqələr Komitəsindəki dinləmədə deyib:
“Mənim məlumatıma görə onlar bu təyyarıələri bizə vermək barədə əvvəlcədən bizimlə məsləhətləşməyiblər. Mən bunu polyaklar tərəfindən təəccüblü addım hesab edirəm”.
Reuters yazır ki, bundan əvvəl Polşa özünün bütün sovet istehsalı MiG-29 qırıcılarını Almaniyadakı Ramşteyn hərb-hava bazasına transfer edəcəyini bildirmiş və NATO üzvü olan başqa ölkələri də bu tip təyyarələri Birləşmiş Ştatların ixtiyarına verməyə çağırmışdı.
Ukrayna pilotları məhz belə təyyarələrin idarə edilməsi üçün təlim keçiblər.
Ukrayna prezidenti Volodimir Zelenski ötən həftə Avropa ölkələrindən Rusiya istehsalı təyyarələri onun ölkəsinə verməyi xahiş etmişdi.
ABŞ millət vəkilləri də NATO üzvü olan ölkələrin sovet döyüş təyyarələrinin Ukraynaya transfer edilməsi üçün Bayden administrasiyasına təzyiq göstərirlər.
“Logistika çətinliyi”
Bu məsələ ABŞ və Polşa administrasiyaları arasında müzakirə olunsa da, Ağ Ev bildirmişdi ki, təyyarələrin Ukraynaya çatdırılmasının müəyyən logistika çətinlikləri var.
Reuters yazır ki, Polşanın belə qəfil addımı ABŞ rəsmilərini prosesin hüquqi tərəfləri üzərində düşünməyə vadar edib.
Polşa NATO-ya təhvil verdiyi MiG təyyarələrinin əvəzində ABŞ-dan işlənmiş F-16 qırıcılarının ona verilməsini istəyir.
Polşa silah-sursatla Ukraynaya dəstək versə də, Kiyevə döyüş təyyarələrini verə bilməyəcyini demişdi.
Rusiya bildirib ki, NATO-nun Ukrayna səmasına hər hansı şəkildə müdaxiləsi blokla Rusiya arasında müharibə aktı kimi qiymətləndiriləcək.
Polşa bunu da bildirib ki, Vaşinqton hazırda onun ərazisində Patriot raketlərinin yerləşdirilməsi məsələsinə baxır.
Ekspertlər bildirirlər ki, Ukraynaya döyüş təyyarələrinin transferi qərarı bir çox hüquqi əngəllərlə üzləşə bilər.

24 saat” “
Qərb Ukraynaya döyüş təyyarələri verəcəkmi?
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button