2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“Qətl planı”na qarşı üç sirli gediş: Nazarbayev Kərimovdan nəyi öyrənib?

Qazaxıstan prezidenti Nursultan Nazarbayev baş nazir Kərim Məsimovu vəzifəsindən çıxararaq, Milli Təhlükəsizlik Komitəsinin sədri təyin edib. Baş nazirin səlahiyyətlərini müvəqqəti olaraq müavin Bakıtcan Saqintayev yerinə yetirir.

Ekspertlər Nazarbayevin kadr dəyişikliyini hakimiyyəti ötürməyə hazırlaşması ilə əlaqələndirirlər.
Ehtimallara görə, hazırda baş nazirin müavini postunu tutan Nazarbayevin qızı Dariqa Nazarbayeva baş nazir ola bilər.
Risklərin qiymətləndirilməsi qrupunun direktoru, siyasi ekspert Dosım Satpayev deyib ki, məqsəd hakimiyyətin ötürüləcəyi təqdirdə baş nazirin mövqeyinin gücləndirilməsidir: “Qazaxıstanda parlament respublikası sisteminə keçidlə bağlı iş aparılır. Bu sistemdə baş nazir ölkənin birinci şəxsi olacaq”.
Qeyd edək ki, Özbəkistan prezidenti İslam Kərimovun ölümündən sonra Nazarbayevin bu addımı diqqət çəkir və bir sıra ehtimalları önə çıxarır.
1. Hər şeydən öncə Qazaxıstanın parlament respublikasına keçididir. Görünür, Nazarbayev “təqaüdə” çıxmağa hazırlaşır, ölkəni qızı Dariqaya tapşırır.
2. Baş nazir postuna məhz qızını gətirməsi Özbəkistanda baş verənlər baxımından əhəmiyyətlidir. Kərimov öldükdən sonra konstitusiyanın əksinə olaraq, prezidentin səlahiyyətlərini Senatın sədri yox, məhz baş nazir, ən güclü olan Səmərqənd klanının rəhbəri Şövkət Mirziyoyev ələ aldı. Senat sədri Niqmatulla Yuldaşev ictimaiyyət qarşısında bu postu Mirziyoyevə “qızıl məcməyidə” təqdim etsə də, əslində arxada onu buna məcbur etdikləri haqda inmformasiyalar var. Özbəkistan təcrübəsi göstərdi ki, ölkədə hər-hansı fors-major situasiyalar yaşandığı halda, baş nazir ciddi təhlükə ola bilər. Bu baxımdan, Nazarbayev qızını baş nazir gətirməklə öz soyadının hakimiyyətini daha uzun ömürlü etməyi düşünür.
3. Məhz fors-major situasiyalara qarşı atılan addımlar Kərimovun ölümündən öncə Nazarbayevin “öldürülməsini” yada salır.
Almaniyanın Elm və Siyasət Fondunun (SWP) analitikləri qeyd edir ki, bu ilin iyul ayında hazırladıqları ssenaridə Nursultan Nazarbayevin 2021-ci ildə öləcəyi və Qazaxıstanda vətəndaş müharibəsinin başlanacağı haqda danışılırdı. (http://publika.az/p/144794). Belə bir ssenarinin yayılmasından bir ay sonra İslam Kərimov öldü və bütün Mərkəzi Asiya bölgəsi üçün yeni təhdidlərin yarandığı haqda fikirlər ortaya çıxdı. Hesab etmək olar ki, Nazarbayev almanların ssenarisini əvvəlcə ciddiyə almayıb, lakin Kərimovun vəfatından sonra belə mümkün ssenarilərə qarşı önləyici addımlar atmaq qərarına gəlib.
Qazaxıstanda hazırki situasiya və dəyişikliklər Nazarbayevin özündən sonrası üçün planlar qurduğunu deməyə əsas verir.(Publika.az )

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button