2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qaçaqmalçılıq erası…

Zümrüd Yağmur

Gözəl Bayramlı ilə Tiflisə getmədın iki gün əvvəl görüşmüşdük. Mən də onunla Tiflisə getməyi düşünürdüm, amma burda olan işlərimi toparlaya bilmədiyimdən “bu dəfə qalsın” dedim.
“İki gün sonra dönəcəm” dedi və ayrıldıq.
Bilmirəm, bu vidalaşmanın sonu nə vaxt gələcək, amma bu həbs məni nə heyrətləndirdi, nə də çaşdım. Bu ölkənin reallığı budur zatən…
Amma xəbəri aldıqda içimə peşimançılıq doldu. “Kaş mən də gedəydim…”. Davamlı bu sözləri təkrar edirdim. Sonra dayandım və bir anlığa düşündüm. Mənim orda olmam nəyi dəyişirdi?
Bəlkə bir 10 min dollar da mənim çantama qoyacaqdılar, ya da onu məndən ayırıb aparacaqdılar…
Ən azından həbs olunduğu anda tək olmazdı.
Nə əhəmiyyəti olacaqdı?
Bir də Gözəl xanım tək deyilmi? Təkdi… Öz prinsipiallığı, dürüstlüyü, ardıcıllığı və ən başlıcası öz yoluna sədəqəti ilə təkdi, ya da tək olanlardandı…
Bir şey haqqında ya susur, ya da üsyan edir.
Həqiqət bildiyini ya müdafiə edir, ya da o həqiqəti yalan və ləyaqətsizlikdən qorumaq üçün yenə susur…
Söz ardı: Vitse-prezidentdən islahatlar gözləyənlərin menyusuna – alın, bu da sizə islahat…
Qaçaqmalçılıq erası başladı…

Saytların yığılması Saytlarin yigilmasi

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button