2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Qaçqın düşərgəsində 15 yaşlı qız ərə verildi – FOTO

İraqda, İŞİD-in əlində olan Mosul şəhərindən qaçmış yerli sakinlərin sığındıqları qaçqın düşərgəsində ikinci toy olub.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, 25 yaşlı Hüseyn Zeyno Danun və 16 yaşlı Şəbad Əhməd Abed ailə qurublar.

Bəylə gəlin kürddürlər.

Saytların yığılması Saytlarin yigilmasi

Mosulda evlərini qoyub çıxmış kürdlərin toyunda bəylə gəlin qəmli görünürdülər. Onların üzü gülmürdü.

Hazer qaçqın düşərgəsindəki toyda bəylə gəlinin qəmli olmalarının səbəbi isə onların hər ikisinin ailə üzvlərinin əksəriyyətinin Mosulda həlak olmalarıdır.

Həmin binəvaları İŞİD terrorçuları qətlə yetiriblər.

İraqda ailə qurmaq üçün minimal yaş həddi 18-dir. Lakin valideynlərin icazəsi olarsa, 15 yaşda evlənmək də mümkündür.

Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı başlayandan bəri şəhəri 160 min insan tərk edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button