2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Qaçqın uşaqların üçdə ikisi məktəb üzü görməyə bilər

BMT-nin Qaçqınlar üzrə Agentliyi olan UNHCR qaçqın uşaqlar və gənclərin orta təhsil alması üçün beynəlxalq səyləri gücləndirməyə çağırır. Bu uşaqlar arasında məktəbə və universitetə gedənlərin sayı həddən artıq aşağıdır.

UNCHR 2021-ci il üzrə Təhsil Hesabatını yayıb. Hesabatda dünyada gənc qaçqınların əhvalatları yer alıb. Onlar COVID-19 pandemiyasının görünməmiş pozuntulara səbəb olduğu dövrdə təhsil almaq üçün çapalayırlar.

Saytların yığılması Saytlarin yigilmasi

Agentlik orta məktəbin artım, inkişaf və fürsətlər dövrü olduğunu qeyd edir. Məktəb həssas qrupdan olan gənclərin iş perspektivlərini, sağlamlığını, müstəqillik və liderlik hisslərini gücləndirir. Onların uşaq əməyinə cəlb olunması azalır.

Ancaq UNCHR-ın 40 ölkədə topladığı dataya görə, 2019-2020-ci illərdə qaçqınların cəmi 34 faizi orta təhsil alıb. Onlar hər bir ölkədə bu göstərici üzrə yerli icma uşaqlarından geri qalır.

Qurum pandemiyanın qaçqınların imkanlarını daha da azaldacağını qeyd edir. “COVID-19 uşaqların hamısı üçün dağıdıcı olub, amma məktəbə getməkdə onsuz da ciddi əngəllərlə üzləşən gənc qaçqınların təhsil ümidi tamamilə alt-üst ola bilər”, – hesabatda deyilir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button