2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏCəmiyyətSosial

Qaçqın vəsiqəsi yeni qayda ilə veriləcək

Azərbaycanda qaçqın statusu almış şəxslərin qeydiyyatına dair prosedur müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Beləliklə, şəxsə qaçqın vəsiqəsi verilərkən Dövlət Miqrasiya Xidməti eyni zamanda həmin şəxsi yaşayış yeri üzrə qeydiyyata alacaq. Bu məqsədlə Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanununun tətbiqi haqqında Əsasnamə ilə müəyyən olunmuş sənədləri tələb edəcək. Yaşayış yeri olmayan qaçqın statusu almış şəxslər yaşayış yeri əldə edənədək Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərinin yerləşdiyi yer üzrə qeydiyyata alınacaqlar.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button