2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏXəbərlər

“Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi ilə bağlı mediaya “vəhy” gəlib? – VİDEO

Nəvə “hərbi xidmətdə olmamışam” deyir, baba deyir “olub”

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun “Gelandawagen” markalı avtomobil ilə ölümlə nəticələnən yol qəzası törətmiş nəvəsi Nail Allahverdiyev məhkəmədə hərbi xidmətdə olmadığını açıqlayıb. Məhkəmə olan jurnalistlərin də hamısı eyni məzmunlu xəbər yayıblar. Belə ki, təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, N.Allahverdiyev 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. O bildirib ki, evlidir, ali təhsillidir, əvvəllər məhkumluq həyatı yaşamayıb, həbs olunana qədər işləməyib və HƏRBİ XİDMƏTDƏ OLMAYIB.

24saat.org xəbər verir ki, bu məzmunlu məlumat saytlarda getdi və nədənsə axşam saatlarında bir çox saytlarda həmin xəbər yoxa çıxdı. Əvəzində isə belə bir məlumat yayıldı ki, bəs sən demə məhkəmədə anket məlumatlarında yanlışlıq olub. “Bakıda “Gelandawagen” markalı avtomobil ilə ölümlə nəticələnən yol qəzası törətmiş Nail Allahverdiyevin ilk məhkəmə iclasında anket məlumatları yoxlanılarkən səhvə yol verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmə prosesində onun hərbi xidmətdə olmadığı bəyan edilsə də, əslində, N.Allahverdiyevin xidmət etdiyi “məlum olub”. Bəzi saytlar israrla yazır ki, N.Allahverdiyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində xidmət edib.

Göründüyü kimi, xəbər kifayət qədər qeyri-peşəkar hazırlanıb. Məhkəmədə Nail Allahverdiyevin öz dili ilə dediyi “hərbi xidmətdə olmamışam” məlumatını qeyri-müəyyən formada təkzib edirlər, amma nə mənbə var, nə də istinad. Belə çıxır ki, sayta qəfildən vəhy gəlib və onlara ayan olub ki, Nail bala hərbi xidmətdə olubmuş.

Bir neçə sayt bu tip mənşəyi məlum olmayan “təkzib”i dərc etsə də, “Hərbi xidmətdə olmamışam” başlıqlı yazı hələ də digər media orqanlarında qalmaqdadır. Maraqlıdır ki, bu məsələdə ən çox canfəşanlıq edən də “Qaçqınkom”un mətbuat xidmətidir. Təmsil etdikıəri qurumun fəaliyyətinə aid olmayan məsələdən ötrü media orqannlarına zəng edərək “təkzibin” dərc edilməsini istəyirlər.

Qeyd edək ki, Nail Allahverdiyevin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baxılır.

Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu avqustun 3-də Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli hadisə ilə bağlı birgə rəsmi məlumat yayıb. Məlumatda bildirilib ki, avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.
“Bununla əlaqədar qeyd edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir. Odur ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bir daha bildirir ki, tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq dövlət başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək”, – birgə rəsmi məlumatda bildirilib.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button