2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

“Qaçqınkom”da intihara cəhd edənə 4 otaqlı ev verildi

“Bundan əlavə, 4 aylıq kirayə pulumu da verdilər”

Bu gün Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binasında intihara cəhd edən məcburi köçkün, gözdən əlil idmançı Natiq Novruzzadənin problemi həll edilib.
Bu barədə məlumat verən N.Novruzzadə qeyd edib ki, intihar cəhdindən sonra komitənin sədri Rövşən Rzayevin qəbulunda olub: “Mənə Kürdəxanıda yeni tikilən binalardan 4 otaqlı mənzil verdi. Mənzilin sənədlərini də təqdim etdi. Dedi ki, bina oktyabr ayına kimi istifadəyə veriləcək. Bundan əlavə, 4 aylıq kirayə pulumu da verdilər”.

Onun sözlərinə bu ilin mart ayında Nizami rayonu Babək 87 ünvanında yerləşən evləri “Yusifoğlu” MMC tərəfindən sökülüb: ” Həmin ünvanda 112 ailə məskunlaşmışdı. Onlardan 54-ü məcburi köçkün idi. 54 nəfərdən 27-sinin kompensasiyasını verdilər, bizi isə beş aydır ki, süründürürlər. Sonunda belə addım atmağa qərar verdim”. (Qafqazinfo)

Qeyd edək ki, Natiq Hovruzzadə mənzil problemi ilə əlaqədar qurumun sədri Rövşən Rzayevin qəbuluna gəlib, məsələnin həll olunmadığını görən əlil binanın 4-cü mərtəbəsinə çıxaraq, şüşələri qırıb, qollarını kəsib.

Saytların yığılması Saytlarin yigilmasi

Onu xilas etdikdən sonra məsələ nəzarətə götürülüb.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button