Loading...
Loading...
Gündəm

Qaçqınlar çirkab sularını vedrə ilə daşıyır

“Bu binanın azı 50 yaşı var. İstismar müddətini çoxdan başa vurub. Yaşamaq olduqca təhlükəlidir. Hər an binanın başımıza uçmaq təhlükəsi var”.

Qazax şəhərinin Çinardibi deyilən ərazisində, beşmərtəbəli binada məskunlaşmış sakinlər belə deyir. Onlar binalarının qəzalı vəziyyətdə olmasından narahatdırlar.

Bina sakini Bayraməli Fərruxov deyir ki, 25 ildir bu binada yaşayır. Ailəsi 5 nəfərdən ibarətdir, uşaqları dağılmaqda olan bu binada göz açıb- böyüyüblər.

Digər sakin Reyhan Abdulrəhmanova da binanın qəzalı şəraitdə olmasından gileylidir. 1992-ci ildən Soflu kəndindən məcburi köçkün olan Reyhan o vaxtdan da bu binada məskunlaşıb.

Qazax rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, bir neçə gün öncə icra başçısı Rəcəb Babaşov həmin binanın sakinləri ilə görüşüb və binann tezliklə təmir olunacağına söz verib.

24saat.org

Mənbə – www.meydan.tv

Gözdən qaçırmayın:  Azərbaycanın Xarkovdakı konsulluğunun yaxınlığına raket düşüb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button