2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qadağa cızığından çıxmaq…

Səadət Cahangir

Deyəsən xalq olaraq xarakterimiz ən yaxşı rəhmətlik Molla Nəsrəddinin məşhur lətifəsində ifadə olunub. Bir dəstə soyğunçu gəlib, əl-qoluumuzu bağlayır, qarşımıza da bir cızıq çəkir ki, “burdan kənara çıxsanız, canınızı alaram.” Əlimizdə-ovcumuzda olanı yığıb gedəndən sonra təsəlli tapırıq ki, gözardı edib bir dəfə ayağımızı cızıqdan kənara qoymuşuq. Hələ ona da hünərimiz çatsa…

Saytların yığılması Saytlarin yigilmasi

İndi yenə paytaxt əhalisinin həmin o cızıqlı günləri başlanır. Formula-1 Qran-pri yarışlarına görə Bakınının 25 küçə və prospektində avtomobillərin park edilməsi qadağan olunub. Bunların əksəriyyəti də şəhərin mərkəzinə aid nöqtələrdir. Yəni keçən il olduğu kimi, şəhər sakinləri hardasa 15-20 gün oyunların acısını çəkməli olacaq. Trayektoriya cızılıb, xətt çəkilib, ordan kənara çıxmaq olmaz. Şükür, dikbaşlıq edib çəkilən qadağa xəttindən kənara addım qoyan millət də deyilik. Amma ilin-günün bu vədəsində 122 milyonumuz gedəcək bu oyunlara. 122 milyon Bakı küçələrindən zırhazırla şütüyüb keçən anlamsız maşın şousuna xərclənəcək. Bizim cibimizdən, boğazımızdan, haqqımızdan kəsilən o pullar beş-on adamın oyun ehtirasına peşkəş ediləcək. Boşuna havaya sovrulacaq o pullar. Sizə oyunmu lazımdır? Şəxsən, mənə lazım deyil. İnsanın insan yerinə qoyulmadığı bir yerdə nə oyun, nə məzhəkə, nə əyləncə? Hələ bu oyunlar sənin çalınan haqların üzərində qurulursa…

Hələ maşınların yola çıxmasına bir həftə var. Amma bizim yola çıxma yasaqlarımız bir həftədir başlanıb. Dünən mərkəzdə avtomobilini park edə bilməyən bir dost hirsindən cilov gəmirirdi. Təsəlli üçün “səbrli ol, bu da keçər” dedim. Dediyimə özümün belə gülməyim tutdu. İnsanlarımız 24 ildir bu bəlaların keçəcəyini gözləyir. Əllərini ağdan qaraya vurmadan, heç bir əziyyətə qatlaşmadan, çiyninə azacıq yük almadan, əlini bircə daşın altına qoymadan gözləyir. Necə keçəcək, görəsən, o halda bu bəlalar? Biz dərman tapmayınca, kökünü kəsməyincə, peyvənd olunmayınca necə keçə bilər ki? 3-4 min manat pul tapa bilmədiyi üçün övladını itirən analar var bu ölkədə. 2-3 min manatı olmadığı üçün oxuduğu universiteti yarımçıq buraxan gənclər var. Köhnə ayaqqabı ilə məktəbə getməyə utandığı üçün özünü asan fidanlar var. Sevərək evlənmək, ailə qurmaq arzularını reallaşdıra bilmədiyi üçün ayrılan gənclər var. Arzularımızın qarşısına çəkilən cızıqlar üzündən bədbəxt olan yüz minlərcə insan var bu məmləkətdə. Bu israfçı oyun havaları hansı zehniyyətin sifarişidir belə?..

Hələ bu yaşananlar məşqlərdir. Ordan keçmə”, “burda dayanma”, “orda saxlama” komandaları ən azı 2 həftə başımızı dəng edəcək. Əsl mərəkə isə bir həftədən sonra başlanır. Nə etmək, bu gedişlə hələ ki, qadağa cızığının ortasındayıq, ayağımızı kənara qoymaq hüququmuz yox. Oyun qaydalarını pozmaq olmaz. Yola davam!

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button