2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qadağaya baxmayaraq, Arustamyan Bakıya gəlir

Rusiyanın “Matç TV” kanalının futbol şərhçisi Nobel Arustamyan 2020-ci il Avropa çempionatının oyunlarını işıqlandıra bilmək üçün jurnalist akkreditasiyası alıb.

Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqram-kanalında məlumat paylaşıb: “İdman şərhçisi Nobel Arustamyan futbol üzrə çempionatda akkreditə olunub. Əla. UEFA, sağ olun”.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) əvvəllər futbol şərhçisinin Dağlıq Qarabağa səfərlərini əsas gətirərək onun Avropa futbol çempionatı oyunları ilə bağlı akkreditasiyadan keçməsinə qadağa qoymuşdu.

AFFA baş verənləri şərh etməyib. Qurumdan “Turan”a deyilib ki, bu məsələ ilə bağlı iyunun 10-da açıqlama yayılacaq.

Pandemiya ilə əlaqədar Avro-2020-nin təxirə salınmış bir neçə oyununa Bakı ev sahibliyi edəcək.

24 saat” “Qadağaya baxmayaraq, Arustamyan Bakıya gəlir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button