2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Qadan alım, sərxoş deyiləm, maşını oğlum sürür” – Gəncədə avtoreyd – VİDEO – FOTO

Yay mövsümünün gəlişi ilə istirahət məkanlarında yol polisinin reydləri də başlayır. Gəncə Şəhər Yol Polis Şöbəsinin əməkdaşları Hacıkənd qəsəbəsində reyd keçiriblər. Məqsəd yollarda təhlükəsizliyi təmin etmək, yol hərəkəti qaydalarını pozan, xüsusən sərxoş sürücüləri aşkarlamaqdır.

Avtomobillərin yollarda sıxlıq və qəza şəraiti yaratması, qayda pozuntuları, yol polisinin saxla əmrinə tabe olmayanlar və sənədsiz sürücülər. Reyd zamanı yaranan mənzərəni bir neçə kəlmə ilə belə təsvir etmək olar. Milli.Az Region TV-yə istinadən xəbər verir ki, Hacıkənd qəsəbəsi istirahət məkanı olduğundan Gəncə Şəhər Yol Polisi əməkdaşları sərxoş sürücülərə də kifayət qədər rast gəliblər.

“Sərxoş vəziyyətdə niyə avtomobil idarə edirsiniz?” – “Qadan alım, mən sərxoş deyiləm, oğlum sürür. Mən sərxoş vəziyyətdə maşın sürmürəm”

Saytların yığılması Saytlarin yigilmasi

Reyd zamanı yol polisi sərxoş vəziyyətdə avtomobilin idarə edilməsi hallarına qarşı xüsusilə sərt reaksiya nümayiş etdirib. Bu da başadüşüləndir. Belə sürücülər özlərindən başqa yolda olan digər insanların da həyatını riskə məruz qoyurlar. Polis əməkdaşları spirtli içki içməsi şübhə doğuran sürücüləri həkim nəzarəti altında alkotesdən keçirdikdən sonra qanuna uyğun tədbirlər görüblər.

Elşad Nəbiyev – Gəncə Şəhər Yol Polis Şöbəsinin rəis müavini: “Hal-hazırda 6 sərxoş sürücü aşkar olunub və xeyli sayda inzibatı protokol tərtib olunub. Sürücülərdən xahişimiz və tələbimiz odur ki, sükan arxasında spirtli içki qəbul etməsinlər və qaydalara əməl etsinlər”.

Yol polisi əraziyə istirahət məqsədilə gələn sürücülərə xəbərdarlıq edir ki, sərt döngəli yollarda ötmə, yol nişanlarının tələblərini pozma, sərxoş şəkildə nəqliyyat vasitəsini idarə etmə kimi qanunsuz hallara yol verməsinlər.  Qoy bu istirahət anları bədbəxt hadisələrlə yox, xoş xatirələrlə yadda qalsın.

Milli.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button