2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''Qadın ərinə tabe olmalıdır?''

“İş yerləri azdırsa, həmin işi kişilər əldə etməlidir”

Saytların yığılması Saytlarin yigilmasi

“Mərkəzi və Şərqi Avropada böyüklərin çoxu qadın və ailənin roluyla bağlı ənənəvi baxışları bölüşür”.

Bunu regionun 18 ölkəsində rəy sorğusu keçirmiş “Pew” Araşdırma Mərkəzi üzə çıxarıb. Faktın özəlliklə pravoslav xristianların yaşadığı 10 ölkədə özünü qabarıq göstərdiyi bildirilir.

Həmin 10 ölkənin hamısında respondentlərin əksəriyyəti “qadının cəmiyyətə övlad vermək məsuliyyəti var”, – deyə düşünür. Ermənistanda 82, Rumıniyada 81, Bolqarıstanda 77 faiz, Rusiya və Belarusda isə hər 10 nəfərdən altısı – yəni hər birində 59 faiz bu fikirdədir.

Əsasən katoliklərin yaşadığı 8 ölkədə isə daha az respondent bu yanaşmanı bölüşür.

Pravoslav ölkələrində nikah və iş təcrübəsində də gender məsələsinə mühafizəkar yanaşırlar. Həmin ölkələrdə ortalama 42 faiz deyir ki, qadın həmişə ərinə tabe olmalıdır. Pravoslavların üstünlük təşkil etmədiyi ölkələrdə 25 faiz bu fikirdədir.

Pravoslav ölkələrində 44 faiz respondent razılaşır ki, “iş yerləri azdırsa, kişilərin həmin işi əldə etməyə qadınlardan daha çox hüquqları var”. Digər ölkələrdə 31 faiz belə düşünür.
İdeal ailə məsələsində pravoslavlar digərlərindən az mühafizəkardırlar. Yəni, onların fikrincə, ideal nikah heç də kişinin işləyib pul qazandığı və qadının evə, uşaqlara baxdığı ailə deyil. Əksəriyyət kişiylə qadının bərabər işləyib ev məsuliyyətini də paylaşmasının tərəfdarıdır.

“Pew” bildirir ki, sorğunun keçirildiyi ölkələrin çoxu keçmiş sovet respublikalarıdır və qadınların işçi qüvvəsi kimi qəbul olunması sovet erasına xasdır. Yəni, onda qadınlara böyük imkanlar yaradılmışdı. Amma bir məsələ də var ki, gender bərabərliyi praktikadan çox sözdəydi. Kişilərə qadınlardan çox üstünlük verilir, qadınlar daha azmaaşlı işlərdə çalışırdılar.

Ümumilikdə isə, Mərkəzi və Şərqi Avropada gender məsələsində qadınlar kişilərdən daha proqressiv düşünürlər. Gürcüstan, Serbiya və Moldovada qadının işə götürülməsində ciddi gender ayrıseçkiliyi qeydə alınmır.

Elə regionda rəyi soruşulan qadınlar da qadının ərinə tabe olmasını fikriylə kişilərdən az razılaşıblar. Amma ölkələrin çoxunda hər iki cinsin təmsilçiləri qadının cəmiyyətə uşaq vermək məsuliyyətinin olduğunu düşünürlər

Tərcümə: Azadlıq Radiosu

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button