2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Qadın hərbçilərin şalvardan istifadəsinə icazə verilməsi nəyi dəyişəcək?

 Azad İsazadə: “Bu, prinsipial dəyişiklik deyil, daha çox azadlıq məsələsidir”

Məlum olduğu kimi, prezident İlham Əliyev “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətihərbi qulluqçularının hərbi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” fərmanda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. Hansı ki, bu fərman qadın hərbi qulluqçuların şalvar geyməsinə imkan verəcək.

Maraqlıdır, hərbi ekspertlər qadın hərbi qulluqçular üçün yaradılan bu imkanı necə dəyərləndirir? Bu dəyişiklik qadın hərbi qulluqçuların təlim və əməliyyat zamanı daha çevik davranışını təmin edə bilərmi?

Saytların yığılması Saytlarin yigilmasi

Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən hərbi ekspert Azad İsazadə müxtəlif ordularda bu məsələyə müxtəlif cür yanaşıldığını bildirdi:

“Hərbi formanın üç növü var. Bunlardan biri komuflyaj səhra forması, digəri gündəlik forma, üçüncüsü isə parad geyimidir. Bunların içərisində qadın hərbi forması seçilir. Bəzi ordularda şalvarla yubka eyni dərəcədə istifadə olunur. Gündəlik geyim formasında bu şalvar, parad formasında isə yubkadır. Komuflyaj sərhəd formasında isə adətən şalvardan istifadə edilir. Qadın hərbi qulluqçulara şalvardan istifadəyə icazə verilməsi prinsipial dəyişiklik deyil. Fikrimcə, bu, daha çox seçim azadlığı məsələsidir”.

 Seymur Əliyev

24saat.org

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button