Loading...
Loading...
Dünya

Qadın məhbuslar Evin həbsxanasından yazırlar

CCTV kameralarından götürülmüş, Radio Fərda və digər media orqanlarının 2021-ci ildə yaydığı videolarda həbsxana nəzarətçilərinin məhbuslara hücumu, həbsxanadakı qeyri-insani şərait əks olunub

İranın Evin həbsxanasında saxlanan bir qrup qadın siyasi məhbus oradakı ağır şəraitlə bağlı məktub dərc edib.

Hasti Amiri, Nargiz Adib, Nargiz Məhəmmədi və digərlərinin imzaladığı məktubda məhbus ayının kəskin artmasından, qadın kameralarında koronavirusun yayılmasından narahatlıq bildirilir.

Məktubda deyilir ki, yoluxmuş məhbusların təcridi, karantinə alınması üçün uyğun yer olmadığından həbsxanada hər kəsin həyatı təhlükədədir.

Evin İrandakı digər cəzaçəkmə müəssisələri kimi pis şəraitilə ad çıxarıb.

Martda Ədaləti Əli adlı, “rejimin əsl sifətini” ifşa etmək üçün İranda işlədiyini deyən haker qrupunun yaydığı videolarda Evindəki qeyri-insani şərait əks olunub.

AzadlıqRadiosunun fars xidməti Radio Fərdaya göndərilən kadrlarda döşəmədə, üçyaruslu dəmir “koykalarda” (çarpayı) yatan məhbuslar görünürdü. 30 məhbus üçün nəzərdə tutulmuş kameralarda 50-dək məhbusun qaldığı üzə çıxmışdı.

CCTV kameralarından götürülmüş, Radio Fərda və digər media orqanlarının 2021-ci ildə yaydığı daha öncəki videolarda isə həbsxana nəzarətçilərinin məhbuslara hücumu, həbsxanadakı qeyri-insani şərait əks olunub. Haker qrupunun yaydığı sənədlərdən Evin həbsxanası rəhbərliyinin tanınmış məhbusların aclıq aksiyasını dayandırmaq üçün sərt tədbirlərə əl atdığı, onların ziyarət hüququnun pozulduğu, telefona çıxışının bloklandığını üzə çıxıb.

Videolar yayılandan sonra İran Həbsxanalar Təşkilatı üzrxahlıq yayıb, həbsxanada “qəbuledilməz davranış”a görə məsuliyyəti götürüb. Ədliyyənin başçısı Qulamhüseyn Möhsüni-Ejey isə təhqiqat göstərişi verib.

24 saat” “
Qadın məhbuslar Evin həbsxanasından yazırlar
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  ABŞ-dan Ukraynaya daha 3 milyard dollarlıq yardım gözlənilir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button