2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Qadın obrazını kişi aktyora həvalə edən rejissor danışdı

“Bu addımım tamaşada özünə haqq qazandırır”

Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Vüsal Mehrəliyev quruluş verdiyi tamaşada qadın obrazını kişi aktyorunun oynamasından danışıb.

Saytların yığılması Saytlarin yigilmasi

O, Meydan TV-yə deyib ki, ingilis dramaturqu Uilyam Şeksprin “Otella” pyesi əsasında hazırladığı “Yad” tamaşasında qadın (Byanka) obrazını aktyor Ceyhun Əhmədova həvalə etməsi aktyor çatışmazlığı ilə əlaqədar deyil:

“Qadın obrazını kişi aktyora həvalə etməyim təxəyyülümün, beynimin məhsuldur. Aktrisa qıtlığından irəli gəlməyib. Buna ehtiyac olmasaydı, üslub tələb etməsəydi, belə etməzdim. Mənim versiyamda oyun üslubudur, tərzidir, orada mütləq idi ki, həmin obrazı kişi oynasın. Bu addımım tamaşada özünə haqq qazandırır. Əlbəttə, bölgə teatrlarında aktyor, aktrisa problemi var”.

Mayın 21-də Mingəçevir Dövlət Dram Teatrında Şekspirin “Otello” pyesinin motivləri əsasında hazırlanmış “Yad” tamaşasının premyerası olub.

Səhnə əsərinin quruluşçu rejissoru teatrın baş rejissoru Vüsal Mehrəliyev, rəssamı Pakizə Adilbəyli, musiqi tərtibatçısı Elnur Rəsulovdur.

Rollarda Asim Əmirov (Otello), Vüsalə Quliyeva (Dezdamona), Hüseyn Mustafayev (Yaqo), Afiq Yusifov (Kassio), Paşa Salmanov (Venesiya Hersoqu), Elvin Əkbərli (Brabansio), Amil Fərzəliyev (Senator), Eyvaz Əliyev (Rodriqo), Turqut Məsimli (Montanno), Vəfa İsmayılova (Emilya), Ceyhun Əhmədov (Bianka) çıxış ediblər.

Tamaşanın nümayişindən sonra sosial şəbəkələrdə müzakirə olunub.

Qadın obrazının aktyora həvalə edilməsi bölgə teatrlarında aktrisa çatışmazlığı ilə əlaqələndirilib.

Mədəniyyət Nazirliyi region teatrlarında aktrisa çatışmazlığı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin Teatr sektorunun müdiri Könül Cəfərova regionlarda fəaliyyət göstərən bəzi teatrlarda ixtisaslı gənc kadrlara, aktyor və aktrisalara ehtiyac olduğunu təsdiqləyib.

Bu istiqamətdə layihələr üzərində işləndiyini qeyd edib.

Sektor müdiri həmçinin Mingəçevir Dövlət Dram Teatrında nümayiş olunan “Yad” tamaşına da münasibət bildirib.

Byanka obrazını kişi aktyorunun canlandırmasını rejissorun ideyası olduğunu deyib.

Vüsal Mehrəliyev 2022-ci ilin yanvarında mədəniyyət naziri Anar Kərimovun əmri ilə Mingəçevir Dövlət Dram Teatrında baş rejissoru təyin olunub.

O, 1997-ci ildən Gənc Tamaşaçılar teatrının aktyorudur.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button