2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Qadınla eyni yatağı paylaşan kişinin beyni pis işləyir – ARAŞDIRMA

24saat.org xəbər verir ki, İngiltərədə aparılan araşdırmalar cütlüklərin ayrı yataqlarda yatmasının sağlamlıq üçün daha əlverişli olduğunu ortaya çıxarıb.

İngiltərənin Surrey Universitetindəki ən böyük yuxu laboratoriyalarını idarə edən Dr.Neil Stanley bildirib ki, birlikdə yatmaq cütlüklərdən birinin xoruldaması, yorğanın bölüşdürülməməsi kimi səbəblər nəticəsində sağlam bir yuxunu əngəlləyir. Öz həyat yoldaşı ilə də ayrı yataqlarda yatdığını deyən Stanley qeyd edib ki, eyni yataqda yatmaq ənənəsi bir çox insanın şəhərə köçməsi və yaşayış sahələrinin kiçilməsiylə başlayıb. Qədim Romada cütlüklərin sadəcə cinsi əlaqə üçün eyni yatağı istifadə etdiklərinə vurğulayan alim bunu müasir dövrdə də tətbiq etməyə ehtiyac duyulduğunu bildirib. Yaxşı yuxunun depressiya, ürək xəstəlikləri, iflic, ağciyər xəstəlikləri və yol qəzaları kimi xoşagəlməz halların yaşanmaması üçün çox vacib olduğunu vurğulayan Stanley 40 cütlük üzərində tədqiqatlar aparıb. Və birlikdə yatan cütlüklərdə orta hesabla yüzdə əlli daha çox yuxu pozuntuları müşahidə edildiyini qeyd edib.
Stanley kimi psixoloqlar da iddia edirlər ki, bir yataqda yatmaq sağlamlığa ziyan vurduğu, həmçinin boşanmalara səbəb olduğu üçün ayrı-ayrı yataqlarda yatmaq lazımdır. Belə ki, eyni yataqda yatan ərlə arvad arasında cütlüklərdən birinin bərkdən xoruldadığına, tez-tez tualetə durduğuna, yanındakını narahat edərək yataqda o tərəfə bu tərəfə çevrildiyinə görə söz-söhbət yaranır, hətta boşanmaya səbəb olur.
Tarixə nəzər yetirdikdə görürük ki, Stanleyin bildirdiyi kimi Qədim Romada ərlə-arvad eyni yatağı yalnız sevişmək istədikdə bölüşürmüş, yatmaq üçün isə ayrı otaqlara gedirmişlər. Viktorian dövründə  evli insanların çoxu eyni yataqda yatmağı qəbuledilməz hesab edilirmiş. Rusiyada isə çar zamanında cəmiyyətin aristokrat dairələrində ərlə-arvadın ayrı yataq otaqlarında yatmaqları normal hesab edilirmiş. Eyni yataqda yatmaq adəti ancaq kəndlilər arasında mövcud imiş.
Ayrı yataqlarda yatmaq adətinə günümüzdə Amerika vətəndaşları arasında da sıx-sıx rast gəlinir. Amerikanlar inanır ki, ayrı yataq otaqları nikahı qoruyur. Qanuni və ya vətəndaş nikahında yaşayan amerikalıların 4/1 hissəsi bir yerdə yatmağı mümkünsüz hesab edərək ayrı yataqları seçirlər. Amerikan psixoloqları da bunu dəstəkləyirlər. Çünki yuxusuz qalan şəxs ilk olaraq qisas almağa başlayır, hər şeyə bir qulp qoyur, deyinir. Buna görə də son illərdə var-dövlətə sahib olmayan insanlar belə özlərinə yaşayış yeri seçərkən ər-arvad üçün ayrı yataq otaqları olan evlərə üstünlük verirlər.
Psixoloqlar iddia edirlər ki, ərlə-arvadın bir yerdə yatmasının digər mənfi tərəfləri də var. Belə ki, eyni yataqda yatmaq insanların, xüsusilə də, kişilərin zehni qabiliyyətlərinə mənfi təsir edir. Qadınla bir yataqda yatan kişinin beyni səhər pis işləyir. Qadınlar üçün isə kişi ilə eyni yataqda yatmaq daha narahat olur, çünki kişilərin əksəriyyəti xoruldayaraq xanımlarının rahat yatmağına mane olurlar.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button