Qadınlar arasında dünya çempionatı öncəsi silahlı hücum: 2 ölü, 6 yaralı
2023-07-20 10:14:29
Şəhərin mərkəzində tikinti sahəsində baş verən insidentdə aralarında polis məmurlarının da olduğu 6 nəfər yaralanıb, silahlı hücum edən şəxs isə öldürülüb.
Baş nazir Kris Hipkins hücumun terror hadisəsi kimi qiymətləndirilmədiyini və turnirin planlaşdırıldığı kimi başlayacağını bildirib.
Hipkins polisin təhlükəni zərərsizləşdirdiyinə ictimaiyyəti əmin etdi və davam edən riskin olmadığını vurğuladı.
Baş nazir hücumun arxasında heç bir siyasi və ya ideoloji motivin aşkar edilmədiyini bildirib.
Hipkins həmçinin “yanğına və birbaşa təhlükəyə atılan Yeni Zelandiya Polisinin cəsur kişi və qadınlarına” təşəkkür etdi.
Bələdiyyə sədri Ueyn Braun da bütün FİFA əməkdaşlarının və futbol komandalarının təhlükəsiz olduğunu bildirib.
Qadınlar arasında dünya çempionatının açılış matçı Türkiyə vaxtı ilə saat 10:00-da Yeni Zelandiya ilə Norveç arasında oynanılacaq.
İdman naziri Qrant Robertson təhlükəsizlik üçün əlavə polis qüvvələrinin fəaliyyət göstərəcəyini bildirib.
Polis bir tikinti sahəsində atışma xəbəri aldığını və təcavüzkarın binanın ətrafında gəzməyə və atəş açmağa davam etdiyini açıqladı.
Silahlı şəxs daha sonra liftin şaxtasına daxil olub və polis bildirib ki, o, silahını yenidən atəşə tutub və qısa müddət sonra ölü tapılıb.
Tərcümə“24 SAAT”