Bizim tərcümə

Qadınlar diqqətli olun! Saç düzəltmə məhsulları xərçəng riskini artırır

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-18 13:33:16

ABŞ Milli Ətraf Mühit Sağlamlığı Elmləri İnstitutundan bir qrup alim tərəfindən bazar ertəsi günü “Milli Xərçəng İnstitutunun Jurnalında” dərc edilən araşdırma, əksər qadınlar üçün həyati əhəmiyyət kəsb edən bir həqiqəti ortaya çıxardı.

11 İL 33 MİN QADIN İZLƏDİ

Saytların yığılması Saytlarin yigilmasi

Müxtəlif irqlərdən olan 35-74 yaş arası 33.497 ABŞ qadınını tam 11 il ərzində izləyən araşdırmaya görə, kimyəvi saç düzləşdirici vasitələrdən istifadə edən qadınların uşaqlıq yolu xərçənginə tutulma ehtimalı digərlərindən 2,5 dəfə çoxdur.

Tədqiqat rəhbəri Alexandra White işi ilə bağlı verdiyi açıqlamada, “Təxmin edirik ki, saç düzləşdirici vasitələrdən istifadə etməyən qadınların yalnız yüzdə 1,64-ü 70 yaşına qədər uşaqlıq xərçəngi inkişaf etdirəcək, lakin saç düzləşdirici vasitələrdən tez-tez istifadə edənlərdə bu risk 4,05 faizə yüksəlir”. dedi.

İSTİFADƏÇİLƏRİ İLDƏ 4 DƏFƏDƏN ÇOX

11 il ərzində 33.000-dən çox qadını izləyən tədqiqatçılar, bu müddət ərzində 378 qadının uşaqlıq yolu xərçənginə tutulduğunu müşahidə ediblər.

Xəstəlik üçün digər risk faktorlarını aradan qaldırdıqdan sonra elm adamları, saç düzləşdirici vasitələrdən ildə dörd dəfədən çox istifadə etdiyini bildirən qadınların, bu məhsullardan istifadə etməyənlərə nisbətən uşaqlıq yolu xərçənginə tutulma ehtimalının iki dəfədən çox olduğunu aşkar etdilər.

ƏVVƏL SÜBUTLANMAMIŞDIR, BU İLKDİR

Əvvəlki araşdırmalar saç düzəldənlərin endokrin sistemini pozan kimyəvi maddələr ehtiva etdiyini və döş və yumurtalıq xərçəngi riski yaratdığını irəli sürmüşdü.

Keçən il edilən başqa bir araşdırmada saç düzləşdirici məhsulları xərçənglə əlaqələndirildi, lakin fərqin statistik cəhətdən əhəmiyyətli olmadığı üçün bunun təsadüf nəticəsində ola biləcəyi ifadə edildi.

ABŞ-da aparılan bu araşdırma saç düzləşdirici məhsullar və xərçəng arasında əlaqənin ilk epidemioloji sübutu kimi tibbi ədəbiyyata daxil olmuşdur.

Qadınlar diqqətli olun Saç düzəltmə məhsulları xərçəng riskini artırır

QARA QADINLARDA DAHA ÇOX GÖRÜLÜR

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə (CDC) görə, uterus xərçəngi ABŞ-da ən çox görülən ginekoloji xərçəngdir və xüsusilə qaradərili qadınlar arasında daha çox rast gəlinir.

Tədqiqatda saç düzləşdiricilərlə uşaqlıq xərçəngi arasındakı əlaqə irqə görə fərqlənmədi, lakin tədqiqatçılardan biri olan Che-Jung Chang, qaradərili qadınların saç düzləşdirici vasitələrdən digər qadınlara nisbətən daha çox istifadə etdiyinə diqqət çəkdi.

Uterus Xərçəngi NƏDİR?

Uşaqlıq yolunda yaranan bədxassəli hüceyrələrin bölünməsi nəticəsində əmələ gələn uşaqlıq xərçənginə nəyin səbəb olduğu dəqiq bilinməsə də, xərçəng riskini artıran bəzi amillər var.

Məsələn, kilolu və ya obez qadınlarda normal çəki olan qadınlara nisbətən uşaqlıq yolu xərçənginə tutulma ehtimalı daha yüksəkdir. Yaş, uşaq sahibi olmaq və ailə genetikası xəstəliyə təsir edən digər amillərdəndir.

Uterus Xərçənginin Əlamətləri HANSIDIR?

Uterus xərçənginin ən çox görülən simptomu anormal vaginal qanaxmadır. Hər 10 uşaqlıq xərçəngindən 9-u menopozdan sonra və ya nizamsız vaginal qanaxma nəticəsində diaqnoz qoyulur.

Bu qeyri-müntəzəm qanaxmalara aşağıdakılar daxil ola bilər:

– Menopozdan sonra vaginal qanaxma
Qeyri-adi ağır və ya dövrlər arasında baş verən qanaxma
– Vaginal axıntı

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button