GündəmManşetXəbərlər

Qadınlar “qadına şiddətə yox” deyənlərə hücum etdi – VİDEO

Polis qadınların yürüşünün qarşısını alıb

Martın 8-də Azərbaycanda feminist qadınlardan ibarət təşəbbüs qrupunun təşkil etdiyi yürüşə polis müdaxilə edib.

Onlara planladıqları Azad Qadın heykəlinin önünə getməyə imkan verilməyib. Yürüşə gətirilmiş yaşlı qadınlar aksiya iştirakçılarına hücum edib. Bundan sonra polis qadınların hamısını metroya yönləndirib. Ancaq onlar “Qadına şiddətə yox!” şüarlarını səsləndirib, 15-20 dəqiqə ərzində həmin ərazidə aksiya keçiriblər.

“Qadına şiddətə yox!” aksiyası

“Qadına şiddətə yox!” aksiyası

Mənbə: Foto: Fərqanə Novruzova

Yürüşün məqsədi 8 Mart tarixi gününə əsl mahiyyətini geri qaytarmaq idi.

Bu barədə “Facebooksosial şəbəkəsində fəaliyyət səhifəsi də yaratmışdılar. Həmin yürüşün məqsədi cəmiyyəti patriarxatdan azad etmək, qadınların səsini duyurmaq, kişi hegemoniyasından qurtulmaq naminə birləşmək idi.

“Hər il Azərbaycanda 100-dən çox qadın ailə-məişət zəminində qətlə yetirilir. Bundan daha çox sayda zorakılıq halları isə şikayət olunmadan gizli qalır. Döyülən, seksual qısnamaya və zorlanmaya məruz qalan qadınlar ehtiyacları olan dəstəyi ala bilmir. Buna görə də qadınların öz haqları uğrunda mübarizəsini əks etdirən bu gündə biz qadınlara olan Zorakılığa qarşı gedəcəyik”.

“Qadına şiddətə yox!” aksiyası

“Qadına şiddətə yox!” aksiyası

Mənbə: Fərqanə Novruzova

Yürüşün marşrutu Azad Qadın heykəlindən başlayaraq Xurşudbanu Natavanın heykəlinə qədər davam edəcəkdi.

Yürüşün məqsədi qadın qətllərinə, qadınlara qarşı zorakılığın bütün növlərinə diqqəti çəkmək və bunların aradan qaldırılmasına çalışmaq idi.

“Qadına şiddətə yox!” aksiyası

“Qadına şiddətə yox!” aksiyası

Mənbə: Foto: Fərqanə Novruzova

“Qadına şiddətə yox!” aksiyası

“Qadına şiddətə yox!” aksiyası

Mənbə: Foto: Fərqanə Novruzova

“Qadına şiddətə yox!” aksiyası

Mənbə: Foto: Fərqanə Novruzova

Meydan TV

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Gözdən qaçırmayın:  Putin ailəsini bunkerdə gizlədib - ŞOK İDDİA
Back to top button