2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qadınlar sammitində İvanka Trampa etiraz

ABŞ prezidenti Donald Trampın qızı İvanka Ağ Evin müşaviri olaraq ilk beynəlxalq səfərini Almaniyanın paytaxtı Berlində təşkil edilən W20 Qadınlar Zirvəsinə edib. Zirvəyə Almaniyanın Baş naziri Merkel, IMF Başçısı Lagarde, Hollandiya Kraliçası Maxima, Kanada Xarici işlər naziri Freeland kimi siyasət dünyasının nüfuzlu qadınları, o cümlədən “Bank of America”nın sədr müavini Anne Finucane kimi iş dünyasının yüksək səviyyəli nümayəndələri qatılıb. Türkiyəni isə zirvədə W-20 zirvəsinin rəhbəri Gülden Türktan təmsil edib.
W-20 zirvəsindəki İş qadınları panelində Merkel ilə bir araya gələn İvanka Tramp “panelə iş qadını, yoxsa atasının məsləhətçisi olaraq qatıldığı” sualına belə cavab verib:

“Mən bu rolda hələ çox yeniyəm. Dinləyirəm. Çox şey öyrənirəm. Məlumatları atama aparacağam. Müsbət bir dəyişimə yardımçı olduğumu sanıram. ”

Saytların yığılması Saytlarin yigilmasi

Atasının qadınlara qarşı rəftarı ilə bağlı suallara “mətbuat bu mövzunu şişirdir” sözləriylə cavab verən İvankaya ətrafdakı qadınlar tərəfindən etiraz edilib. Trump sözlərini belə davam etdirib: “Mediada bu tənqidləri oxudum. Babam özəl sektorda qadınlara qarşı həmişə müsbət münasibətdə . Mənə qadın olaraq heç bir maneə törətmədi. Mənimlə qardaşlarım arasında heç bir ayrı-seçkilik etmədi. ”

Prezident Tramp da bu arada qızıyla qürur duyduğuna dair bir tweet atıb.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button