Now Reading:
Qadınları Türkiyəyə aparan Lətafət Fərhadlı məhkəmə zalından azadlığa buraxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində qadınları Türkiyə apararaq cinsi istismara məruz qoymaqda ittiham olunan Lətafət Fərhadlının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, prosesə hakim İradə Həsənzadə sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə əsasən, Lətafət Fərhadlının 8 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarılıb. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tədbiq edilməklə təyin olunan cəza 1 il sınaq müddəti olmaqla şərti hesab edilib. L.Fərhadlı məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Lətafət Fərhadlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun iki qadını Türkiyəyə apararaq cinsi istismara məruz qoyduğu məlum olub.

L.Fərhadlıya Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsi ilə ittiham olunub.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.