2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Qadınların da yer aldığı dəstə üzvlərinə hökm oxundu

37 min manata görə 37 il həbs
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və oğurluqda təqsirləndirilən mütəşşəkkil dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə başa çatıb. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər – Adil Hacıyev, Ramin Manafov, Ruslan İbadov, Vəfa Qaraşova və Xədicə Qasımova son sözlə çıxış ediblər.

Təqsirləndirilən Vəfa Qaraşova və Xədicə Qasımova məhkəmədən ədalətli qərar çıxarmasını xahiş ediblər. Təqsirləndirilən Ruslan İbadov isə son sözündə peşman olduğunu bildirib. O, həmçinin qeyd edib ki, burda onlarla ittiham olunan qızların heç bir günahı yoxdur.

Hakimlər kollegiyasının hökmünə əsasən, Ramin Manafov və Adil Hacıyev 10 il, Ruslan İbadov 8 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Vəfa Qaraşova 4 il 5 ay, Xədicə Qasımova 4 il 2 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Saytların yığılması Saytlarin yigilmasi

Təqsirləndirilən şəxslər zərərçəkmiş Əli Qarayevin Bakı şəhərində yerləşən mənzilində kirayə yaşayıblar. Onlar mənzildən 37 min manatlıq oğurluq ediblər, həmçinin, Bakı sakininin etibarından sui-istifadə edərək, saxta qızıl girov qoyaraq, onun 3200 manatlıq pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

İstintaq dövründə Ruslan İbadov, Vəfa Qaraşova və Xədicə Qasımova barəsində polisin nəzarətinə vermə qəti-imkan tədbiri seçilib. Lakin məhkəmənin hazırlıq iclasında onlar məhkəmə zalından həbs edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button