2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Qala divarlarını “bəzəyən” vandallar kimlərdir? – FOTOLAR

İçərişəhər Qala divarlarında vandalizm aktları törədilib.

Bu barədə görüntüləri memar, sənətşünaslıq doktoru, professor Elçin Əliyev sosial şəbəkə hesabında paylaşıb.

“İnsan nə qədər eybəcər biri olmalıdır ki, bizim üçün müqəddəs bir yerin üzərində bunu yazsın?! Xahiş edərdim, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həmin şəxslər tapılsın və mütləq məsuliyyətə cəlb edilsinlər”, – memar vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məsələyə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Şahin Seyidzadə münasibət bildirib.

“Bu gün bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə İçərişəhərin Qala divarında törədilən vandalizm aktı barəsində məlumatlar yayılıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məsələni nəzarət altına götürüb və hazırda lazımi tədbirlər görülməkdədir.

Tezliklə görülən əlavə tədbirlər haqqında ictimaiyyətə geniş məlumat veriləcək”, – o qeyd edib.


24 saat” “Qala divarlarını “bəzəyən” vandallar kimlərdir? – FOTOLAR” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button