2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“Qalatasaray” – “Fənərbaxça” oyunu qana bulanacaqdı

Bu gün Türkiyədə İŞİD terror qruplaşmasına qoşulmaq istəyən şəxslər saxlanılıb və onlardan çox sayda silah-sursat ələ keçirilib. ANS PRESS-in məlumatına görə, anti-terror əməliyyatları ölkənin Qaziantep şəhərində keçirilib.

Polis şəhərdə əməliyyatlar zamanı İŞİD-ə məxsus silah anbarı aşkar edib. Şəhərdə yerləşən evlərə baxış zamanı oradan müxtəlif növ partlayıcı maddələr, Kalaşnikov silahı, kustar üsullarla hazırlanan tüfənglər, mərmilər və bomba hazırlamaq üçün lazım olan ləvazimatlar ələ keçirilib.

Həmçinin əməliyyatlar zamanı bomba hazırlamağı öyrətmək üçün nəzərdə tutulan videolar müəyyən edilib. Qrup Türkiyədə böyük terror hadisələri törətməyi planlaşdırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qaziantepdə keçirilən anti-terror əməliyyatının detalları açıqlanıb. İŞİD terror qruplaşmasının əməliyyat zamanı özünü partladan üzvünün və Qaziantepdəki terrorçuların əsas hədəfi hakim Ədalət və İnkişaf Partiyasının növbədənkənar qurultayı olub.

Bu barədə Qaziantep valisi Əli Yerliqaya xəbər verib. Onun sözlərinə görə, terrorçular AKP-nin qurultayının keçirildiyi binada, əhalinin sıx olduğu yerlərdə, həmçinin Türkiyə kubokunun finalı “Qalatasaray”-“Fənərbaxça” oyununda qanlı terror aktları planlaşdırırmış. Vali qeyd edib ki, antiterror əməliyyatı zamanı 30 terrorçu ələ keçirilib.

Mayın 20-də Türkiyənin Qaziantep şəhərinin mərkəzində Çağlayan Məhəlləsində polisin keçirdiyi əməliyyat zamanı İŞİD terrorçusu özünü partladıb.

Hadisə polislərin terrorçuların yaşadığı evdə əməliyyat apardığı zaman baş verib. Əməliyyat zamanı içəridə olan İŞİD terrorçusu polis əməkdaşlarını gördükdə üzərinə bağladığı partlayıcını işə salıb. Partlayış nəticəsində terrorçu özü məhv olub. Hadisə yerinə əlavə olaraq polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib.

AK Partiyasının Qaziantepdən olan millət vəkili Şamil Tayyar “Twitter” hesabında polisin böyük bir təhlükənin qarşısını aldığını bildirib. Millət vəkili təhlükəsizlik güvvələrinin “Qaziantep” – “Antalyaspor” oyunu zamanı şəhəri qana bulamaq istəyən İŞİD terrorçusunun zərərsizləşdirdiyini qeyd edib.

Mayın 1-də Qaziantep şəhərində polis idarəsinin qarşısında terror aktı törədilib. Kamikadzenin maşını partlatması nəticəsində iki polis şəhid olub, onlarla insan yaralanıb. 23 nəfərin isə xəstəxanalarda müalicəsi davam edir. Onlardan 19-u polislərdir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button