2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Qalib Paşinyanın əsas səhvi “Arsax Ermənistandır!” şüarının təkrarı olacaq

Bakı/22.06.21 İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra yerevanlı bloger İşxan Verdyan Youtube-da Nikol Paşinyanı dəstəkləyən  və Azərbaycanla Türkiyə arasında barışıqla bağlı çarxlar yerləşdirir. Bu müddətdə Verdyan daimi izləyicilər toplayaraq populyarlaşıb, o cümlədən Azərbaycanda da.

Parlament seçkilərində Paşinyanın partiyasının qələbəsindən sonra bloger açıq məktub yazaraq Paşinyanı yeni səhvlər etməməyə çağırıb.

Verdyan Turan agentliyinə müsahibəsində seçkidən əvvəl və sonra Ermənistandakı vəziyyəti şərh edib.

Saytların yığılması Saytlarin yigilmasi

Sual: Lap əvvəldən Paşinyanla bağlı təşviqat aparmısınız. “Qalib Köçəryan haqda  sorğuları” oxuyarkən onun qələbəsinə şübhəniz vardımı?

Cavab: Onun qələbəsinə heç vaxt şübhə etmirdim. Köçəryanın qalib kimi qələmə verildiyi “sosioloji sorğular”ın yalan olduğunu bilirdim. Bu sorğular saxta oldu, biz buna əmin olduq.

Sual: Paşinyanın üzərində “kapitulyant” damğası asılıb, bu, ölkəni idarə etməyə mane olmayacaq ki?

Cavab: Mənfi kontekstdə olan “kapitulyant” ifadəsi ilə razı deyiləm. Bu, Qarabağ klanının qəbul etdirdiyi təbliğatçı tryukdur. Bilərəkdən uduzulmuş müharibədən  kapitulyasiya və ya tamamilə məhv olma vasitəsilə çıxmaq olar. Kapitulyasiya faktın konstatasiyasıdır, rüsvayçılıq deyil, bizim ordumuzun zəif olduğunun etirafıdır. Hesab etmirəm ki, bu  konstatasiya Paşinyanın ləyaqətini alçaldır.

O, ölkəni müharibəyə aparmadan kapitulyasiyaya yol verməməliydi. Lakin o, tərəflərin qüvvələrini, beynəlxalq vəziyyəti düzgün qiymətləndirmədi və Ermənistanı məğlubiyyətə sürüklədi. Mən onu bunda ittiham edirəm,  “kapitulyant” sözü isə ona “yapışmır”, Köçəryan təbliğatına baxmayaraq,

Sual:  Qalib Köçəryanla necə davranacaq? Mitinqlərdə Paşinyan əlində çəkiclə iştirak edirdi. O, deputat səs çoxluğu ilə Köçaryanı deputat toxunulmazlığından məhrum edə və mövcud üç cinayət ittihamı ilə mühakimə edə bilər. Paşinyana siyasi düşmənlərlə haqq-hesab çəkmək lazımdırmı?

Cavab: Siyasi rəqiblərlə fiziki haqq-hesab çəkmək qəbuledilməzdir. Bu gün parlamentdə cinayətkarlar vardı, onların əməlləri məlumdur. Hər bir erməni bilir ki, onlar ölkəni necə qarət ediblər, adamları necə öldürüblər. Onlar cəzalandırılmayıblar. Absurd odur ki, belə adamlar siyasi baxımdan önəmli mövqelərdədir. Paşinyan tutduqları vəzifədən asılı olmayaraq bütün cinayətkarlara hüquqi yolla haqq-hesab çəkməlidir.

Sual: Moskvanın dəstəyilə Köçəryan tərəfindən dövlət çevrilişi ehtimalı nə qədərdir? O, təslim olanlardan deyil və seçkilərdə məğlubiyyətini də etiraf etmədi.

Cavab: Moskvanın planları haqda bir şey deyə bilmərəm. Ermənistanda çevriliş imkanı sıfıra bərabərdir. Belə ki, xalq arasında çoxluq Paşinyanı dəstəkləyir. Seçkiqabağı mitinqlərdə onun arxasınca yüz minlərlə adam addımlayırdı, Köçaryanın mitinqlərinə isə iştirakçıları avtobuslarla Qarabağdan gətirirdilər.

Sual: – Yazmısınız ki, baş naziri tənqid edəcəksiniz ki, səhv buraxmasın. Nəyi nəzərdə tuturdunuz?

Cavab: Paşinyanın səhvləri yeni deyil. O, iki ölkəni müharibəyə, Ermənistan və Azərbaycanın on minlərlə vətəndaşını ölümə sürüklədi. Onu səhvlərin təkrarlanmasından çəkindirmək istəyirəm ki, Ermənistan üçün faydalı siyasətlə məşğul olsun, Türkiyə və Azərbaycanla bütün mübahisəli məsələləri həll etsin. Əgər o, “Artsax-Ermənistandır” desə, bu, əsas səhv olacaq.

Sual: – Zəngəzur  daxil olmaqla, sərhədlərin müəyyən edilməsi ilə Türkiyə və Azərbaycanla sülh müqavilələrinin imzalanması nə dərəcədə realdır?

Cavab:  Sərhədlər və kommunikasiyalar açılmaqla Azərbaycan və Türkiyə ilə sülh müqavilələrinin imzalanması əlbəttə ki, olacaq. Məsələ ondadır ki, bu, necə və nə vaxt baş verəcək. Əgər Paşinyan bundan sonra da bu məsələlərin, Qarabağ məsələsinin  və Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı məsələlərin həllini yubatsa, gec-tez Ermənistanı məcbur edəcəklər ki, lazım olan hər şey imzalasın. Bu, Paşinyanın dövründə baş verəcək, ya da ondan sonra. Ermənistan bundan nə itirəcək və ya nə qazanacaq, məlum deyil. Ən yaxşısı bu olar ki, Yerevan özü Bakı və Ankaranın uzatdığı əli sıxsın və bütün mübahisələrin nizamlanmasına getsin.

Mən baş nazirin komandasının üzvü deyiləm, olmadım da. Paşinyanın hansı siyasəti yürüdəcəyini bilmirəm, amma onun nə etdiyini çox diqqətlə izləyəcəyəm və zərərli görünən hər şey barədə ucadan danışacağam. İstəmirəm ki, Paşinyana olan ümumxalq məhəbbəti ermənilərdə “ağlın səsi”ni batırsın və biz Qarabağ planı üzərində qələbədən ruhlanaraq Ermənistan üçün həyati əhəmiyyətli məsələləri arxa plana ataq. -0-

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button