2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Qalmaqallı azərbaycanlı biznesmen həbsdən buraxıldı

Rusiyanın Uxta şəhər məhkəməsi azərbaycanlı iş adamı Akif Sayadov barəsində seçilən həbs qətimkan tədbirini yumşaldıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, biznesmenin hüquqlarını müdafiə edən vəkil İqor Kopenkin bildirib ki, məhkəmə tibbi sənədləri qəbul edib və onun vəziyyətinin ağır olduğunu qəbul edib:

“Onun səhhətində onkoloji xəstəliklər yaranıb və məhkəmə dəlillər əsasında bununla razılaşdı. Qohumları onun səhhətinin son vəziyyətini müəyyənləşdirmək üçün onu tibbi müayinədən keçirmək niyyətindədir. Müayinə ya Uxta şəhərində, ya da Sıktıvkar şəhərində keçiriləcək”.

Onun 3 milyon rubl məbləgində girov qoymaqla azadlığa çıxdığı bildirir.

Saytların yığılması Saytlarin yigilmasi

 Akif Sayadov- Həbsdən buraxılan iş adamı

Rusiya Federasiyası Komi respublikasının azərbaycanlı deputatı Akif Sayadov 2014-cü ilin oktyabr ayının 29-da həbs edilib.

Hələ onun həbs edildiyi ilk vaxtlarda Komi parlamentindən olan mənbə bildirmişdi ki, Sayadov bir sıra iqtisadi cinayətlərdə, ən başlıcası isə beynəlxalq terrorizmin maliyyələşdirilməsində şübhəli bilinir. Ümumrusiya azərbaycanlılar konqresinin Komi bölməsi artıq bu ittihamları absurd adlandırmışdı.

63 yaşlı Akif Kərim oğlu Sayadov “Uxtaneftqazqeologiya”nın (UNQQ) baş direktoru idi. O, Naxçıvanın Culfa rayonunda doğulub. 1974-cü ildə Azərbaycan dövlət Neft və Kimya institutunu bitirib. Komiyə 1990-cı ilin avqustunda Uxta dövlət neft və qaz kəşfiyyatı üzrə geoloji müəsissənin dəvəti ilə gəlib. Akif Sayadov bu şirkətdə 2006-cı ilə qədər işləyib. Həmin ilin martında “İntaneft” şirkətinin baş direktoru, sonra isə idarəçi direktoru vəzifələrində çalışıb. 2008-ci ilin mayından isə “Geotex menecment” holdinqinin Timano-Peçorski regionunda biznesin işkişafı üzrə direktor işləyib və bir müddətdən sonra UNQQ-ya qayıdıb.

2011-ci ilin mart ayında İntik vilayətindən deputat seçilib.

Onun həbsi ərəfəsində istintaq idarəsindən verilən məlumatda bildirilirdi ki, Akif Sayadov geoloji kəşfiyyat işləri üçün avadanlıqların tədarükü və çatdırılmasına dair müqavilələrin bağlanması zamanı rəhbərlik etdiyi müəssisənin 42 milyon rublunu mənimsəyib.

Bundan başqa, 2009-2013-cü illərdə Azərbaycana səfər edərkən A.Sayadovun göstərişi ilə hesabına əməkhaqqı köçürülüb. Baş direktor Azərbaycana ezamiyyət və ya məzuniyyətlə bağlı zəruri sənədləri rəsmiləşdirmədən gedib.

Ümumilikdə isə ona əsassız qaydada 1,2 milyondan artıq rubl ödənilib.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button