2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Qalmaqallı videoda xəstəxana direktoruna etiraz edən həkim məhkəməyə üz tutub

Bir müddət öncə sosial şəbəkələrdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundakı toplantının videogörüntüsü yayıldı. Həmin videoda Uşaq ağciyər vərəmi şöbəsinin həkimi, tibb elmləri namizədi Səbinə Məmmədova institutun direktoru Həqiqət Qədirovaya etiraz edir.

«Siz burada oturub camaata torba tikməklə məşğulsunuz. Mən bu cəfəngiyata qulaq asan deyiləm», – deyə etirazını bildirən həkim iclas zalını tərk edir.

Bu video yayılandan az sonra – yanvarın 13-də S.Məmmədova işdən azad edilib. Bu haqda əmrdə yazılıb ki, S.Məmmədova əmək funksiyasını pozub, bu səbəbdən onunla əmək müqaviləsinə xitam verilir.

Saytların yığılması Saytlarin yigilmasi

1998-ci ildən Ağciyər Xəstəlikləri İnstitutunda çalışan, bu müddətin də böyük hissəsini şöbə müdiri olmuş S.Məmmədova «əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmaması, 6 ay ərzində təkrar əmək funksiyasını pozması» haqda əmrdə yazılanların da yalan olduğunu söyləyir. Həkim işə bərpa tələbi ilə məhkəməyə müraciət edib. İddia ərizəsi artıq Nizami Rayon Məhkəməsinə təqdim olunub.

«Səhv diaqnoz qoyanlar qalıb, məni çıxarırlar»
S.Məmmədova xəstələrdən birinin (adı bəllidir, etik səbəblərdən yazılmır-red.) vəziyyətinin ağırlaşmasının səbəbini araşdırmamaqda, vərəm aşkar olunmasını nəzərə almadan, onu təsiri olmayan dərmanlarla müalicə etməkdə günahlandırılır.

S.Məmmədova isə deyir ki, həmin uşaq heç onun xəstəsi olmayıb.

«O, xəstəxanaya 2017-ci ilin oktyabrında daxil olub və həkim Svetlana Məmmədovanın xəstəsi olub. Dekabrda xəstənin vəziyyəti ağırlaşıb. Şöbə müdiri onun müalicəsini xəstəxanada əmrsiz işləyən Aygün Hacıəliyevaya tapşırıb. Yəni müalicəni o aparıb, xəstəlik tarixçəsinə də özü imza atıb. Dekabrın 7-də müalicə başlayıb, 11-də diaqnoz qoyulub. Həmin ərəfədə Səhiyyə Nazirliyində rezidentlərin bölgüsü olanda müəssisənin rəhbəri Aygün Hacıəliyevanın bölgüyə getməsinə imkan vermədi ki, getsə, onu hansısa rayona göndərərlər. Az sonra direktor onun əmrini başqa şöbəyə verdi. Nəticədə xəstə həkimsiz qaldı. Valideyni Xumarə Yusifova məndən xahiş etdi ki, uşağı mən müalicə edim. Həkim olaraq bir həftə ona nəzarət etdim və xəstəni sağaldıb, evə yola saldım. Xəstənin vəziyyətini ağırlaşdıran, analizini gizlədib səhv diaqnoz qoyan, həmin səhv diaqnozu əsaslandıran həkimlər haqqında heç bir tədbir görülmür, xəstəni sağaltdığım halda mən işdən çıxarılıram», – S.Məmmədova iddia ərizəsində belə yazıb.

Həkimin sözlərinə görə, sözügedən xəstə haqda söylədiklərini uşağın valideyni də yazılı izahatında təsdiqləyib. (azadliq.org)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button