Bizim tərcüməDünya

Qan donduran hadisə! ABŞ-da 6 yaşlı şagird müəllimini güllələyib

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

ABŞ-ın Virciniya ştatının Nyuport Nyus şəhərində 6 yaşlı şagirdin müəllimini silahla yaraladığı ibtidai məktəbin bir həftə müddətinə bağlanacağı açıqlanıb.

Məktəbdən verilən yazılı açıqlamada, hadisədən sonra “ailələrin və şagirdlərin sağalması üçün” Richneck İbtidai məktəbinin həftə sonuna qədər bağlanacağı qeyd edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Digər tərəfdən, hadisə zamanı ağır yaralanan 25 yaşlı müəllim Abby Zvernerin təhlükənin olmadığı və ailə üzvləri ilə danışmağa başladığı bildirilib.

Yanvarın 6-da baş verən və 2023-cü ilin ilk silahlı məktəbə hücumu olaraq qeydə alınan hadisədə 6 yaşlı şagird sinifdə mübahisə etdiyi müəllimini güllələyib.

Həmin gün saxlanılan 6 yaşlı uşağın odlu silahı necə əldə etməsi, silahın kimə məxsus olması, ondan istifadə etməyi necə öyrənməsi, onu niyə məktəbə gətirməsi kimi suallar cavabsız qalıb. (AA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button