2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlərYAP-a Yox Deyək

Qanına qəltan edilən Qəhrəman – Şahmərdan Cəfərov

Şahmərdan Cəfərov – Siyasi sifarişlə öldürülən Millət Vəkili

Azərbaycanın son 20 illik tarixində baş verən siyasi qətllərlə bağlı silsilə araşdırmalarımızı davam edirik. Bu dəfə 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin keçmiş komandanı, millət vəkili Şahmərdan Cəfərov haqqında danışacağıq.
Qəhrəmanlar ölmür, deyirlər. Onlar bəzən unudulurlar. Elə qəhrəmanlar da var ki, öz xalqının azadlıq simvoluna çevrilir. Belələri qəhrəman adını öz xalqının azadlığı uğrunda mübarizə apararaq qazananlardı. Babək kimi, Uilyam Volos kimi… Azərbaycanın uzaq və yaxın tarixində azadlıq uğrunda canından keçən elə qəhrəmanlarımız var ki, həmin qəhrəmanları qəsdən, indiki hakimiyyətin xüsusi siyasəti nəticəsində unutdurmağa çalışıblar bizə. Belə qəhrəmanlardan biri də Naxçıvanda Şərur özünümüdafiə batalyonunun komandanı olmuş Şahmərdan Cəfərovdur. Silahdaşları onu 90-cı illərin canlı əfsanəsi adlandırırlar. Əksər naxçıvanlılar isə belə hesab edir ki, o olmasaydı bəlkə də Naxçıvan indi düşmən tapdağı altında qalmışdı. Naxçıvanda hamı sevirdi onu. Özünəməxsus xarakteri var idi. Dostları deyir ki, belə insanı tarix çox nadir hallarda yetişdirir. Şahmərdan öz mərdliyi, cəsarəti, sadəliyi, həqiqi vətənsevərliyi ilə naxçıvanlıların qəlbində dərin kök salıb. Buna görədir ki, ölümündən düz 18 il ötməsinə baxmayaraq, indinin özündə də Naxçıvanda hamı onu hörmətlə yad edir. Siyasi dünyagörüşündən asılı olmayaraq, sanki hər kəs özünü ona borclu sayır. Ailə qurmağa hazırlaşan elə cütlüklər də var ki, onun qəbrindən xeyir-dua almadan özlərinə toy çaldırmırlar.

Ömürlüyü

Saytların yığılması Saytlarin yigilmasi

Şahmərdan Məhəmməd oğlu Cəfərov 1958-ci ildə Şərur rayonun Məmmədsabir kəndində doğulub. Rusiyanın Kaluqa şəhərində hərbi xidməti bitirəndən sonra orada şəhərində qalaraq orta ixtisaslı hüquq məktəbini bitirib, milis sıralarında çalışıb. 1988-ci ildə Azərbaycana qayıdıb.
1988-ci ildə Şərur özünümüdafiə batalyonunun komandiri, 1992-ci ildə Qıvraq polkunun komandiri, 1992-ci ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası Sərhəd Qoşunları İdarəsi 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin komandanı vəzifəsində çalışıb. Rütbəcə mayor olub.
1990-cı ildə Şərur rayonundan Azərbaycan parlamentinə üzv seçilib.
1995-ci ilin mayın 30-da isə deputat səlahiyyətləri əlindən alınıb və həbsinə sanksiya verilib. Bundan 3 həftə sonra, iyunun 17-də Kələkidən – keçmiş prezident Əbülfəz Elçibəyin yanından qayıdarkən yolda güllələnib. İstintaq materiallarına görə beş güllə yarası alıb. İyunun 26-da Bakıya – Şüvəlandakı istintaq təcridxanasına köçürülüb, iyunun 29-da isə dustaqlar üçün nəzərdə tutulan hospitalda vəfat edib.

Bir çemodan qızıl və müəmmalı əsir təhvili

Tanıyanlar deyir ki, Şahmərdan elə uşaqlıqdan haqsızlığa qarşı mübarizə aparıb. 15-16 yaşlarında olarkən polislər Ş.Cəfərovun polislər kəndinə gəlib əhalinin dolanışıq yeri olan istixanaları sökürüb, camaatı incidiblər. Həmişə polislər bu məqsədlə kəndə gələndə Şahmərdan onlara qarşı çıxaraq camaatı müdafiə eləyirmiş. Buna görə onu bir dəfə həbs ediblər və 3 gün həbsdə qalıb.
Xalq hərəkatı yeni-yeni başlayırdı. Ermənistan tərəfdən Naxçıvana hücumlar olanda, Şahmərdan Rusiyada milis sistemində çalışırdı. Elə həmin vaxtlar Rusiyada yaşayan hərbçi və milislərə vətənə qayıdıb, döyüşlərə qatılmaları üçün AXC-nin müraciəti yayıldı. Beləcə, Şahmərdan da Azərbaycana qayıtdı. Qayıdan kimi Şərur rayonunda könüllü batalyon (tabor) yaratdı və qısa vaxtda Naxçıvanda böyük nüfuz qazandı. O, Naxçıvanda gedən döyüşlərin hamısına qatılıb. Şahmərdanın ən böyük xidməti 1991-ci ildə Qıvraq alayını danışıqlar yolu ilə rus hərbiçilərindən alması oldu. 1992-ci ilədək həmin alaya rəhbərlik etdi. 1992-ci ildən sonra Naxçıvan Sərhəd Qoşunlarının komandanı kimi fəaliyyət göstərdi.
Şahmərdan Cəfərovun döyüşçü gündəliyini də vərəqləyərkən qardaşı Hüseynqulu Cəfərovun dediyi başqa bir fakt da diqqət çəkir: “O, vətəni, milləti çox sevirdi. Eşidəndə ki, ermənilər haradasa bizimkilərdən girov götürüblər, bütün vasitələrdən istifadə edib, onları azad etməyə çalışırdı. 1992-ci ildə Ermənistan Dərman Fermentasiya İdarəsinin rəisinin qızını Sədərəkdə əsir götürmüşdü. Şahmərdan evə gəlib dedi ki, həmin əsiri azad etmək üçün ermənilər ona Moskvadan zəng edərək, bir çemodan qızıl təklif ediblər. Şahmərdan bundan imtina etmişdi. Şahmərdan erməni əsirin azad olunması əvəzində Xocalıda girov götürülən azərbaycanlı qadınlardan 10 nəfərinin geri qaytarılmasını tələb edirdi. Uzun danışıqlardan sonra ermənilər bu tələblə razılaşmışdılar. Həmin ərəfədə Heydər Əliyevin təkidli tələbi ilə erməni əsir Naxçıvan Muxtar Respublika Müdafiə komitəsinə təhvil verildi. Bundan sonra həmin əsirin taleyindən xəbərimiz olmadı”.

Heydər Əliyevlə münasibətlərin korlanma səbəbləri

Hüseynqulu Cəfərov Şahmərdan Cəfərovun siyasi baxışlarını isə belə xarakterizə edir: “AXC-nin fəallarından idi. Elçibəyi özünə ideal sayırdı. Onun yolunda canından keçməyə hazır idi. Heydər Əliyevlə də əvvəllər münasibətləri yaxşı olub. Sonra soyuqluq yarandı aralarında. Soyuqluğun bir sıra səbəbləri var idi. Şahmərdan bu səbəblər barədə evdə də tez-tez danışırdı.
Sədərək kəndi üçün mühüm əhəmiyyət kəsb edən Miltəpə postunun geri alınması planına Heydər Əliyev qarşı çıxmışdı. O vaxt Bakı Siyavuş Mustafayevi Naxçıvan Muxtar Respublika Daxili İşlər naziri təyin edəndə Şahmərdan bu qərarı dəstəkləyirdi, Heydər Əliyev isə qərara qarşı idi. Belə yarandı aralarındakı soyuqluq. Soyuqluğa səbəb olan elə məsələlər də var idi ki, indi onları danışa bilmərəm.

Müdafiə Naziri postundan imtina edib…

1993-cü ildə Heydər Əliyev Bakıya gedəndən sonra Şahmərdana müdafiə naziri postun təklif etdi. O, təklifi rədd etdi, Elçibəyə xəyanət edə bilməzdi. Sonra ondan tələb etdilər ki, Sərhəd Qoşunlarından istefa versin. Bu məqsədlə Şahmərdana bir neçə dəfə sui-qəsd də təşkil olundu. Sonda hakimiyyətin apardığı siyasətə etiraz olaraq Şahmərdan vəzifəsindən istefa verdi.
1994-ün avqustunda Şahmərdan və onun silahdaşlarına qarşı qanunsuz silahlı dəstə ittihamı ilə cinayət işi açıldı. Həmin ilin dekabrında artıq parlamentdə Şahmərdanın həbs olunmasıyla bağlı fikirlər səsləndirilməyə başladı. 1995-ci ilin may ayının 18-də artıq, spiker səviyyəsində bu məsələ gündəliyə gətirildi. Təklif bir neçə dəfə səsə qoyulsa da səs çoxluğu alınmırdı. Elə həmin gün Şahmərdan evi tərk etdi. Bir də cənazəsi qayıtdı.

Millət vəkili 5 güllə yarasından sonra işgəncə…

Şahmərdan Cəfərov Sərhəd Qoşunlarından istefa verdikdən sonra ən çox Culfada və Ordubadda Elçibəyin yanında olub. Nəhayət 30 mayda parlamentdə həbsiylə bağlı qərar qəbul edildi. 17 iyunda səhər tezdən o özünün Niva maşınında Kələkidən qayıdarkən Bənəniyar kəndində Culfa rayon polis bölməsinin əməkdaşları tərəfindən yolda güllələnib.
Maşında əlavə üç nəfər də olub. Polislər xəbərdarlıq etmədən Şahmərdan bəyi güllə yağışına tutublar. Ş.Cəfərov orada 5 güllə yarası alıb. 4 saat yaralı vəziyyətdə qaldıqdan sonra Naxçıvan DİN polisləri gəlib onu həbs ediblər. Daha sonra xəstəxanaya aparıblar. Xəstəxananın ətrafını polislər mühasirəyə alıb və heç kimi yanına buraxmayıb. Həkimlərin səyi nəticəsində bir həftə sonra Şahmərdan ayağa qalxdı.
İyunun 26-da onu yaralı vəziyyətdə Bakıya – Şüvəlan türməsinə apardılar. Ayın 29-a kimi türmədə ona ağır işgəncələr veriblər. Bu haqda bizə oradakı dustaqlar deyib. İyunun 29-u səhər tezdən onu xəstəxana adı ilə türmədən çıxarıb, yük maşınında axşama kimi şəhəri dolandırblar. Məqsədləri o olub ki, Şahmərdan ölsün. Axşam xəstəxanaya gətirilib, bir neçə saatdan sonra vəfat edib.

Müəmmalı məqam-Həsənquliyev

Qeyd edək ki, Şahmərdanı izləyən avtomobili idarə edən Zəfər Həsənquliyev deputat, BAXCP sədri Qüdrət Həsənquliyevin qardaşıdır. Bu məsələ ilə bağlı zaman-zaman ittihamlar səslənib, hətta bu məsələdə Q.Həsənquliyevin də üzərinə gedilib. O mənada ki, bir zamanlar Q.Həsənquliyev AXCP-də olarkən bir çoxları partiya rəhbərliyindən onun təşkilatdan kənarlaşdırılmasını istəyirdilər, buna səbəb kimi isə Şahmərdan Cəfərovun müəmmalı qətlini göstəriblər…

Siyasi qətl

Şahmərdan bəy əqidəsindən dönmədiyinə görə qəsdən öldürüldü. İstəsəydilər, onu həbs edə bilərdilər. Görünür, həbs etmək onlara sərf etməyib. Çünki, əllərində sübut yox idi. Həm də Şahmərdan Cəfərovun nüfuzundan çəkinirdilər. O həbs olunsaydı bütün Naxçıvan ayağa qalxıb, onun azadlığını tələb edəcəkdi. Onlara Şahmərdan bəyin ölüsü sərf edirdi. Ş.Cəfərovu siyasi sifarişlə öldürdülər.
ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqlarına dair hesabatlarında da Şahmərdan Cəfərovun qətlinin istintaqında irəliləyiş olmaması bir neçə il qeyd edilmişdi. O zaman rəsmilər Şahmərdan Cəfərovun həbsinə silahlı müqavimət göstərən zaman yaralandığını bildiridilər. Bu hakimiyyət dəyişəndən sonra onun xatirəsi də əbədiləşdiriləcək, ölüm səbəbləri də üzə çıxacaq. Onun qətlinə görə bəlli adamlar cavab verəcəklər. Hər şeyin bir zamanı var.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Back to top button