2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Qanunsuz pul köçürmələrini təşkil edən şəxslər məsuliyyətə cəlb ediləcəklər

Yayımlandı: 8 Dekabr 2022 13:37

İqtisadçı düşünür ki, məcəlləyə edilən bu dəyişiklik korrupsiyaya yol aça bilər

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan sonra ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycana 50 min manatadək məbləğdə qanunsuz pul köçürülməsini təşkil etmiş şəxs inzibati məsuliyyətə cəlb ediləcək.

Buna görə Cinayət Məcəlləsinə də dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, 50 min manatdan yuxarı qanunsuz pul köçürmələrə görə həbs də nəzərdə tutulub.

İqtisadçı Natiq Cəfərli deyir ki, bütün bunlar çirkli pullarla mübarizə, korrupsiyanın qarşısının alınması kimi çox ali məqsədlərlə izah edilir, lakin elə deyil.

İqtisadçı düşünür ki, belə qadağalar, məhdudiyyətlər çirkli pul dövriyyəsi və korrupsiya ilə mübarizədə heç bir effekt vermir. Bununla yanaşı, yalnız 2 faktiki nəticə doğurur:

1) Məsələn, sənəddə qanunsuz, qeyri-qanuni pul köçürmələr nə deməkdir? Bunun aydın izahı və təsnifatı yoxdur. Deməli, bu, nəzarətedici orqanlara əlavə fürsət verir ki, sadə vətəndaşları, iş adamlarını incitsinlər. Yəni, bu, tam tərsi, korrupsiyaya yol açacaq;

2) Bu addımın nəticəsi olaraq “cibdən-cibə”, “əldən-ələ” pul köçürmələri artacaq.
Natiq Cəfərlinin fikrincə, kimsəyə sirr deyil ki, ölkədə müəyyən sistem, şəbəkə qurulub və onlar vasitəsilə müəyyən faiz müqabilində Azərbaycandan dünyanın istənilən ölkəsinə istəlilən məbləğdə vəsaiti ötürmək mümkündür:

Foto: Meydan.TV

“Yeni qanun dəyişiklikləri də məhz belə şeylərə xidmət edəcək. Yəni “qara bazarı”, “qara pul köçürmələrin” həcmini xeyli artıracaq”.

İqtisadçı düşünür ki, Azərbaycan hökuməti hələ də sovet düşüncəsi, o yanaşmanın inersiyası ilə davranır:

“Məsələn, SSRİ zamanı ən sərt qanunlar, cəzalar belə nə “alverçiliyin” (əslində alverçilər əsl biznesmenlər idi), nə də qara valyuta bazarının qarşısını ala bildi. Çünki dünyada iki anlayışın – pulun və ideyanın qarşısını inzibati yollarla almaq mümkün deyil”.

“Bizim hökumət ağıllı ölkələr və sistemlərin qadağan edə bilmədiyini idarə etməyə çalışır. Bilə-bilə ki, bizim sistem buna qadir deyil. Bu, ölkədən pul çıxarılmasına nəzarət istəyindən başqa bir şey deyil”, – iqtisadçı deyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button