ÖLKƏ

Qanunsuzluğa etiraz edən daha bir cəbhəçi həbsdə

AXCP sədri Əli Kərimli

Dostlar, sizləri el-oba dərdi, icmasının təəssübünü çəkdiyi, ictimai əxlaqı qoruduğu üçün özünü qurban vermiş daha bir cəbhəçinin təsirli tarixçəsi ilə tanış etmək istəyirəm. AXCP Abşeron şöbəsinin fəalı Qorxmaz Əliyev xeyli müddət idi ki, Xırdalan qəbiristanlığında sahibsiz qəbirlərin dağıdılıb, həmin yerlərin satılmasına etiraz edirdi. Qorxmaz bəy bu barədə sosial şəbəkələrdə materiallar yayır, dövlət orqanlarına şikayət məktubları göndərirdi. O, bütün bunlara görə Xırdalan şəhər bələdiyyəsini və icra nümayəndəliyini ittiham edirdi. Qorxmaz bəy öz təşəbbüsü və dostlarıyla birlikdə qəbiristanlıqdakı kolları, zibilləri təmizləyirdi, orada bulaq tikdirmişdi. Qorxmaz bəy qəbiristanlığın sökülmüş hasarını da bərpa eləmək istəyirdi. Ancaq artıq zaman 2019-cu ilin oktyabr ayı idi. Milli Şuranın 19 oktyabr mitinqilə əlaqədar olaraq bütün ölkə boyu cəbhəçilərin kütləvi həbsinə lap yuxarıdan göstəriş verilmişdi. Qorxmaz bəyin qəbirsitanlıq uğrunda mübarizəsindən təngə gəlmiş yerli hakimiyyət bu fürsəti əldən vermədi. Dərhal Qorxmaz bəyə qarşı da bir saxta cinayət işi düzüb-qoşdular. Qorxmaz bəyi həbs etdilər. Bilirsiniz Qorxmaz bəyi rəsmən nədə ittiham etdilər? İttihamnamədə elə belə də yazıblar: “Qorxmaz Əliyev kütlə qarşısında özünü xeyirxah şəxs kimi göstərmək niyyətilə (siz “cinayətin” motivinə diqqət edin) qəbiristanlığın 130 metrlik hasarını söküb. Bununla da bələdiyyəyə 5658 manat ziyan vurub.” Qəbiristanlıqda köhnə, sahibsiz qəbir yerlərinin satılmasına etiraz edən, orada abadlıq işləri aparıb, öz pulu ilə bulaq tikdirmiş adamı 4 aydır ki, həbsdə saxlayırlar. Son günlərdə Qorxmaz bəyin onsuz da yaxşı olmayan (2-ci qrup əlildir) səhhəti daha da pisləşib və onu saxlanıldığı Kürdəxanı təcridxanasından Ədliyyə Nazirliyinin Hospitalına yerləşdiriblər.

Dostlar, Qorxmaz bəy kimi el-oba, ictimai əxlaq təəssübü çəkən insanları hamılıqla müdafiə etməliyik. Müdafiə etməli, sahib çıxmalıyıq ki, bu xalqı “el üçün ağlayan gözlərin hər zaman kor olacağına” inandırıb, susdura bilməsinlər.

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Back to top button
Close
Close