2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Qapalı məkanlarda maska taxılması tövsiyə edilir

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) qapalı məkanlarda tibbi maskaların taxılmasını, təmasların azaldılmasını tövsiyə edir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu haqda adıçəkilən qurumların iyulun 18-də birgə yaydığı məlumatda bildirilir.

Məlumatda Azərbaycanda son günlər COVID-19 infeksiyasının yayılması ilə əlaqədar neqativ dinamika izlənildiyi, yoluxanların sayında artım müşahidə edildiyi deyilir.

Səhiyyə qurumlarının prosesi diqqətlə izlədikləri, onun nəzarət altında olduğu və vəziyyətə uyğun adekvat qərarlar verilə biləcəyi qeyd edilir.

İyulun 17-də Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, Azərbaycanda son sutkada koronavirus infeksiyasına 190 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Bundan bir qədər öncə də Səhiyyə Nazirliyi, İTSDA və TƏBİB koronavirus infeksiyasına yoluxma artdığına görə əhalini diqqətlə olmağa çağırmışdı.

Azərbaycanda qapalı məkanda tibbi maska, respirator tələbi bu il mayın 1-dən ləğv edilib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button