2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

'Qapalılıq rejimi və gizlətmə psixologiyası hökm sürüb'


Son vaxtlar dövlət qurumlarında qapalılığın artdığı, şəffaflığın azaldıldığı ilə bağlı şikayətlər eşidilməkdədir. Həmin şikayətlərdə Azərbaycanda rəsmi orqanlardan informasiya almağın xeyli çətinləşdiyi qeyd olunur. Bildirilir ki, mətbuat yalnız rəsmilərin açıqlamalarını gözləməyə məcbur olur, rəsmi qurumların mətbuat xidmətləriylə əlaqə saxlamaq cəhdləri uğursuz olur.

“Məmurlar mətbuata hər hansı məlumatı verməkdən ehtiyat edirlər”

Telejurnalist Qulu Məhərərmli təəssüflənir ki, Azərbaycanda təkcə bu gün yox, rəsmi şəxslərdən informasiya almaq həmişə çətin olub.

Saytların yığılması Saytlarin yigilmasi

Qulu Məhərrəmli əsas səbəbi məmurların mətbuatdan çəkinməsində və özlərinin vəzifə borcunu yerinə yetirməmələrində görür:

“Eyni zamanda, məmurlar mətbuata hər hansı məlumatı verməkdən ehtiyat edirlər. Əlbəttə, yanlış yanaşmadır, çünki informasiya əldə etmək haqqında qanun var. Məmurların və rəsmi şəxslərin əsas vəzifələrindən biri gördükləri işlərlə bağlı mediaya məlumatları çatdırmaqdır. Bunun üçün bütün dövlət orqanları üçün mətbuat xidmətləri yaradılıb. Amma onların fəaliyyəti də effekt vermir”.

“Onsuz da Azərbaycanın…”​

“Pressklub.az” saytının baş redaktoru, “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də Azadlıq Radiosuna deyib ki, Azərbaycanda informasiya əldə etmək həmişə çətin olub:

“Onsuz da Azərbaycanın rəsmi orqanlarında qapalılıq rejimi və gizlətmə psixologiyası hökm sürüb. Bunlar da yerli və beynəlxalq təşkilatların hesabatlarında dəfələrlə qeyd olunub. Müharibə dövründə ( Sentyabrın 27-dən noyabrın 10-na kimi davam edən İkinci Qarabağ savaşı) isə informasiya əldə etmək imkanları daha da məhdudlaşdırıldı. Tələblər vardı ki, yalnız rəsmi orqanların informasiyası yayılsın. Əlbəttə, sosial şəbəkələrin vüsət aldığı şəraitdə və ətrafda bizə o qədər də dost olmayan ölkələrin böyük informasiya resurlarını nəzərə alsaq, bu, başadüşülən idi.”

“Müvəqqəti qapanan strukturlar bir daha çətin açılır”

Arif Əliyevin fikrincə, ancaq xoşagəlməz bir qayda var, müvəqqəti qiyməti artırılan mal bir də ucuzlaşmır:

“ Müvəqqəti qapanan strukturlar bir daha çətin açılır. Bu gün biz eyni vəziyyətlə rastlaşmışıq: baxmayaraq ki, hərbi əməliyyatların fəal mərhələsi yekunlaşıb, amma dövlət orqanlarında eyni məhdudiyyət qalmaqdadır. Bir tərəfdən hərbi vəziyyət davam edir ( Sentyabrın 28-dən ölkədə hərbi vəziyyət elan edilib), digər tərəfdən koronavirusun yaratdığı mənzərə informasiya almağ imkanlarını məhdudlaşdırır. Davam edən bu mənzərədə təhlükəli məqam odur ki, məmur psixilogiyası ona tez alışır.”

A.Əlieyevin qeyd etməsinə görə, nəticədə gedişat daimi xarakter alar və tezliklə onsuz da məhdud olan informasiya imkanları daha da məhdudlaşır:

“ Mətbuat və dövlət orqanları da bu vəziyyəti diqqətdə saxlamalıdır. Hər halda açıq və müsbət düşüncəli insanlar bu məsələni nəzərdə saxlamalıdırlar. Amma eyni zamanda, dünyada söz və informasiya azadlığını müdafiə edən beynəlxalq təşkilatlar da”.

“Mətbuatda və televiziyalarda çıxışlar edirlər ”

Milli Məclisin üzvü, “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas isə bu məsələdə danışmağın çətin olduğunu bildirib:

“Doğrusu, hansı mətbuat orqanı və ya jurnalist üçün çətinləşdiyini deyə bilmərəm. Ancaq fakt budur ki, rəsmilər açıqlamalar verir, o cümlədən, mətbuat da zəng edəndə danışırlar. Hikmət Hacıyev ( prezidentin köməkçisi) də, Ədalət Vəliyev ( Prezident Administrasiyasında şöbə müdri) də hamıya açıqdır. Söhbətin hansı rəsmi şəxslərdən getdiyini deyə bilmərəm, ümumiyyətlə, bu suala cavab verə bilmərəm. Çünki bilmirəm ki, kimlər suallara cavab vermirlər. Amma hər gün adlarını xatırlatdığım şəxslər mətbuatda və televiziyalarda çıxışlar edirlər”.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button