2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Qar sürücülərə çətin anlar yaşatdı – VİDEO

Gecə saatlarından şimal-qərb bölgəsinə də yağmağa başlayan qar bəzi çətinliklər yaradıb.

ARB Şəki xəbər verir ki, İsmayıllıya 10-15 santimetr qar yağıb. Nəticədə Muğanlı-İsmayıllı avtomagistralının dağlıq ərazilərindən keçən hissəsində və Muğanlı dolaylarında sürücülər çətin anlar yaşayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Hazırda qarın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür. Avtomobillərin intensiv hərəkətini təmin etmək məqsədilə İsmayıllı rayon 9 saylı Yol İstismar İdarəsinin ağır texnikası və işçi qüvvəsi dolaylara cəlb olunub. Yolun hərəkət hissəsi qardan təmizlənib, qum və duz səpilir. Hazırda gediş-gəlişdə heç bir problem yaşanmır.

Üç növbəli iş rejimində çalışan idarə işçiləri avtomobillərin təhlükəsizliyi üçün əllərindən gələni edirlər. İdarənin balansında kifayət qədər qum, duz, yanacaq ehtiyatı var.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button