2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Qar yağacaq, temperatur aşağı enəcək – XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Noyabrın 21-i gün ərzində Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək.

Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 12-14, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 21-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında noyabrın 21-i axşam şimal və qərb rayonlarından başlayaraq noyabrın 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Çaylarda sululuğun artacağı, xüsusən Lənkəran-Astara zonasının bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək. Havanın temperaturu gecə 6-9, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti təşkil edəcək.

24saat.org hava ghoqozunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button