2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Qar yağışı ilə əlaqədar Şamaxı yolunda hərəkət çətinləşib

Bakı/18.03.22 Dünən gecədən başlayaraq yağan güclü qar Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Basqal kəndi ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətini məhdudlaşdırıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, mövcud hava şəraiti ilə bağlı respublikanın bəzi yollarında avtomobillərin hərəkətində çətinliklər yaranıb.

“Muğanlı-İsmayıllı yolunda, Bakı-Şamaxı Yevlax avtomobil yolunun Muğanlı dairəsi adlanan hissəsində yağan qar avtomobillərin hərəkətində çətinlik yaratsa da, yol patrul xidmətinin əməkdaşları yol təsərrüfatı işçiləri ilə birgə yollarda hərəkətin təmin edilməsinə çalışırlar.

Saytların yığılması Saytlarin yigilmasi

Sürücülər unutmamalıdır ki, qar yağan bölgələrə səfər etməzdən öncə yolların vəziyyətini nəzərə almalıdırlar. Ya səfərlərini təxirə salmalıdırlar, bu, mümkün deyilsə, yol şəraitini nəzərə alıb şinlərin vəziyyətinə nəzər yetirsinlər. Sürücülərin hava şəraitinə görə gündüz saatlarda yola çıxmaları tövsiyə edilir”, deyə Baş Dövlət Yol Polisi İdarəsi qeyd edir. -0-

 

24 saat” “Qar yağışı ilə əlaqədar Şamaxı yolunda hərəkət çətinləşib” başlıqlı yazını “Turan”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button