2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Qara dəniz üzərində ABŞ dronu ilə Rusiya qırıcısı toqquşub

ABŞ xəbər verir ki, martın 14-də Qara dəniz üzərində ona məxsus MQ-9 Reaper kəşfiyyat dronu ilə Rusiyanın Su-27 qırıcı təyyarəsi toqquşub.

Saytların yığılması Saytlarin yigilmasi

Xəbər verilir ki, beynəlxalq hava məkanında tapşırıq icra edən dronu bu toqquşmadan sonra vurub salmaq lazım gəlib.

ABŞ Müdafiə Nazirliyinin vizual informasiyanın yayılması xidmətinin məlumatında bildirilir ki, Rusiyanın iki Su-27 qırıcısı “təhlükəli və qeyri-peşəkar tərzdə” Amerika dronunu tutmaq cəhdi göstərib.

Rusiya təyyarələrindən biri dronun pərinə toxunub. Bunun ardınca ABŞ hərbi hava qüvvələri dronu vurub salmalı olub.

Bu da bildirilir ki, dron vurularaq neytral sulara salınıb.

Beynəlxalq hava məkanında

Avropa və Afrikadakı ABŞ hərbi-hava qüvvələrinin komandanı, general Ceyms Heker (James Hecker) deyib:

“Bizim MQ-9 PUA-mız beynəlxalq hava məkanında adi əməliyyat həyata keçirirdi. Aparat bu zaman Rusiya təyyarəsi tərəfindən tutulub və vurulub. Hadisə PUA-nın qəzaya uğraması və tam dağılması ilə nəticələnib”.

Generalın sözlərinə görə Rusiya tərəfinin hərəkəti hər iki aviasiya texnikasının qəzasına səbəb ola bilərdi.

Rusiya Müdafiə Nazirliyi insident barədə heç bir açıqlama verməyib.

Prezident Baydenə məlumat verilib

Reuters agentliyi xəbər verir ki, Avropadakı NATO qüvvələrinin komandanı general Kristofer Kavoli Qara dəniz üzərində baş vermiş insident barədə müttəfiq ölkələri məlumatlandırıb.

ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Körbi deyib ki, PUA heç bir təhlükə təşkil etmirdi.

Körbi PUA-nın beynəlxalq hava məkanında uçduğunu xüsusi vurğulayıb.

O əlavə edib ki, hadisə barədə prezident Co Baydenə məlumat verilib.

ABŞ nümayəndəsi bildirib ki, Rusiya qırıcılarının təyyarə və dronları “tutması” əməliyyatı əvvəllər də keçirilib, amma bu, PUA-nın Qara dənizə düşdüyü ilk hadisədir:

“Biz bu hava məkanında daim uçuşlar keçiririk və bunu etməkdə davam edəcəyik”.

MQ-9 Reaper hazırda ABŞ-ın hərbi hava qüvvələrində əsas zərbə dronu sayılır. Bu dron saatda 400 kilometrədək uça, 24 saat ərzində havada qala bilir.

24 saat” “
Qara dəniz üzərində ABŞ dronu ilə Rusiya qırıcısı toqquşub
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button