SEÇMƏ

“Qara günlər”. Kiyev işıqsız necə yaşayır. FOTOREPORTAJ

Yayımlandı: 28 Oktyabr 2022 17:43

“Hromadske”nin materialı

Oktyabrın 24-dən Kiyevdə elektrik enerjisini müvəqqəti kəsməyə başlayıblar. Rusiyanın zərbələrindən zərər çəkmiş şəhərin elektrik şəbəkəsində mümkün qəzaların qarşısını almaq üçün bir çox evdə səhər və axşam dörd saata yaxın işıqlar söndürülür.

Foto: Aleksandr Xomenko\hromadske

Oktyabrın 25-də “Ukrenerqo” artıq saatlarla işığın kəsilməyəcəyini bildirsə də, şəhərin bəzi yerləri hələ də qaranlığa qərq olub. Bu da paytaxtın mərkəzini və strateji obyektləri gizlətmək üçün edilir. Buna baxmayaraq, insanlar küçələrdə gəzir, istirahət edirlər.

Qadın və kişi qaranlıq Rəssamlar Xiyabanı ilə gedir. Foto: Aleksandr Xomenko\hromadske

Ukraynanın Baş prokuroru Andrey Kostin bildirib ki, müharibə başlayandan rusiyalı hərbçilər 85 dəfə Ukraynanın elektrik enerjisi obyektlərini atəşə tutub, onlardan 51 dəfə təkcə oktyabr ayında. Daha çox Dnepropetrovsk vilayəti (8 dəfə), Lvov (6 dəfə), Vinnitsa (5 dəfə), Suma, XarkovKiyev (hərəsi 4 dəfə) atəşə tutulub.  
Buna görə də işıqların kəsilməsi cəbhə xəttinə daha yaxın olan, xüsusən də elektrik ötürücü xətlərinin sıradan çıxarıldığı yaşayış məntəqələrinin sakinləri üçün adi hala çevrilib.

Kafe müştəriləri işıqlandırılmayan yay meydançasında əyləşiblər. Foto: Aleksandr Xomenko\hromadske
Tramvay qaranlıq küçə ilə hərəkət edir. Foto: Aleksandr Xomenko\hromadske
İşığı yanmayan mağazanın içində kssa aparatının üzərində “Bağışlayın, kassa müvəqqəti olaraq işləmir” sözləri yazılıb. Foto: Aleksandr Xomenko\hromadske
Kiyevdə Sofiya kilsəsinin də işaqları yanmır, amma “Azovstal” müdafiəçilərinə həsr olunan sərgidə şəkillərin yanında şamlar yandırılıb. Foto: Aleksandr Xomenko\hromadske
Foto: Aleksandr Xomenko\hromadske

“Ukrenerqo” dispetçerləri görəndə ki, müəyyən regionda istehlak artır və yaxın zamanlarda Rusiya tərəfindən dəyən ziyana görə daha çox elektrik enerjisi çatdırmaq mümkün olmayacaq, işığın müvəqqəti kəsilməsi barədə qərar verirlər.

Müvəqqəti blackout şəbəkənin yükünü azaltmaq və elektrik şəbəkələri zərbələrdən ziyan görəndən sonra təkrar qəzalardan sığortalanmaq üçün lazımdır.

Kiyevin mərkəzində avtomobil yolunda tıxac. Foto: Aleksandr Xomenko\hromadske
Foto: Aleksandr Xomenko\hromadske

Meydan TV

Gözdən qaçırmayın:  Qorxulu Tehran

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button