2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

”Qara plyonkalara görə cərimələr ləğv edilsin” – Millət vəkili Fazil Mustafadan DYP-yə TƏKLİF

Hər il mayın 1-dən noyabrın 15-nə qədər avtomobillərin arxa yan şüşələrinə sənaye üsulu ilə hazırlanmış jalüzlərdən istifadə edilməsinə icazə verilir. Ötən ilin sonlarında jalüzlərin istifadəsi ilə bağlı qanunda dəyişiklik edilməsi barədə təkliflər hazırlanaraq parlamentə təqdim edilib. Bu səbəbdən də ötən müddət ərzində sürücülər məsuliyyətə cəlb olunmayıb.

az24saat.org xəbər verir ki, qanuna təklif edilən dəyişikliyə parlamentin reaksiyası gecikdiyinə görə hər bir sürücü noyabrın 15-dək jalüzlərdən istifadə edə bilər. Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa

deyir ki, bu cərimələr ləğv olunmalıdır. bunun üçün qanunvericilikdə dəyişikliyə ehtiyac var.

Saytların yığılması Saytlarin yigilmasi

”Ən azı may ayının sonunadək DYP cərimələrin tətbiq olunması ertələnsin ki, məsələyə Milli Məclisdə baxmaq mümkün olsun. Bilindiyi kimi 6 ay öncə bu cərimələr ertələnmişdi. İndi bu məsələyə biz yenidən qayıtmaq istəyirik, gündəmə gətiririk. Əgər Milli Məclisdə bu və ya digər səbəbdən baxılmasa (yəni mənim təşəbbüsüm hələ qanunun qəbul olunması demək deyildir!) o halda başqa bir variant təklif edirəm ki, heç olmazsa simvolik qiymətlər ödəməklə plyonka taxmaq icazəli olsun və buna görə sürücüləri cərimələnməsinlər.”

Millət vəkili sürücülərin bahalı nömrə almaq məsələsinə də aydınlıq gətirdi.

”Nömrə məsələsində də belədir, kim istəyir şöhrət üçün gedib bahalı saydığı nömrəni ala bilir. Kim istəmirsə, sadə nömrə ilə maşınını sürür. Cəmiyyətdə ”zerkalni” maşın nömrəsi, plyonka vərdişinə də açığı gülməli baxıram və hər cür imkanlarıma rağmən heç vaxt bundan istifadə etmirəm. İnsanlar niyə buna bir həyati məsələ kimi yanaşırlar, anlamaq mümkün deyil. Buna rağmən çalışdığımız odur ki, vətəndaşın üzərinə buna görə cərimə yazılmasın, vəssalam.”

Metbuat.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button