AZ24SAAT.ORG

Now Reading:
“Qara qızıl”la cibini  ağardanlar

“Qara qızıl”la cibini  ağardanlar

“Qara qızıl”la cibini  ağardanlar

Yaxud, Azərbaycan niyə Norveç ola bilmədi?

Azərbaycanın dünyada sayılıb-seçilən ölkələr sırasında olması üçün isrtənilən qədər potensialı var. Yeraltı-yerüstü sərvətlər, əlverişli coğrafi mövqe,  münbit təbiət və.s  Amma bütün bu üstünlüklər  acgözlüyün, talançılığın, saxtakarlığın qarşısında aciz qaldı.  Təkcə neft amilindən faydalanmaqla güclü iqtisadiyyat qurmaq,  turizm sahəsini inkişaf etdirmək, Azərbyacana öyük investisiya cəlb etmək, gələcək nəsillərə sığortalı həyat qurmaq olardı.  Amma bütün bunlar arzu olaraq qaldı. Əksinə, elə bir vəziyyət yarandı ki, neft milyardları ilə zəngin olan ölkənin vətəndaşları 10 manat maaş artımına sevinməli oldular,  yüzminlərlə insan ölkəni tərk etdi, sosial vəziyyətin ağırlığı intiharları adiləşdirdi, xarici dövlət borcu dövlət büdcəsini 2 dəfə üstələdi.  Halbuki, bu ölkəni cənnətə çevirəmk üçün normal hökumət kifayət idi. Dövlətə obyekt kimi, vətəndaşa qul kimi baxmayan hökumətin varlığı yetərdi ki, Azərbaycan dünyanın hər yerindən parıltılı görünsün.

2018 -ci ildir və nəticə bundan ibarətdir ki, “qara qızıl” yalnız  bir qrup adamın taleyini ağarda bildi. Milyonlarla vətəndaşa isə qara günlər hədiyyə edildi. Əslində, Azərbaycan üçün ideal bir fürsət yaranmışdı və bu fürsəti Allahın lütfü də hesab etmək olar.  Belə bir fürsətdən Norveç yararlandı və yararlanmağa davam edir. Norveçin neft fondunun böyüklüyü ölkənin ümumi daxili məhsulundan 2.5 dəfə çoxdur. 1990-ci ildə neft və qaz gəlirlərindən gələcək nəsillər üçün əmanət yaratmaq məqsədilə yaradılan fondun aktivlərinin həcmi 1 trilyon dolları keçib. Norveç Pensiya Fondunun bazar dəyəri ötən il 13 faiz artaraq bu ilin əvvəlinə 1,08 trilyon dollar təşkil edib. 2017-ci ildə Fondun vəsaitinin idarəedilməsindən əldə edilən gəlirlər 131 milyard dollar təşkil edib.  Qeyd edək ki, Beynəlxalq Əmək Təşkilatının orta əməkhaqqı reytinqinin ilk sırasında Norveç durur. Ötən il bu ölkədə orta əməkhaqqı 7000 dollardan çox olub.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun ötən il ərzində vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirləri isə  1 milyard 83 milyon 600 min manata bərabər olub ki, bu da həmin mənbədən 1,92 faiz orta illik qazanc deməkdir.  150 milyard dollar neft pulunun axdığı ölkənin büdcəsi 9 milyard dollardı, xarici borc isə 20 milyard dolları ötüb. Son 4 ildə Azərbaycanın ÜDM-i 23 milyard dollar azalıb.

Göründüyü kimi  kimi  kiçik Norveç neft gəlirləriylə çox böyüyüb. Kiçik Azərbaycan isə neft gəlirlərindən sonra cırtlanlaşmağa başlayıb. Hökumət neft milyardlarının axırına çıxdıqdan sonra pomidorun, pambığın, fındığın, tut tinginin, çəltiyin ümidinə qalıb.

Bir anlıq təsəvvür edin ki, Azərbaycana axan pullar şəxsi ciblərə deyil, büdcəyə dolsaydı nələr baş verədi.  Bir anlıq təsəvvür edin ki, bu qədər vəsait real iqtisadiyyatın inkişafına cəlb olunsaydı, Azərbaycan hansı səviyyədə olardı.

Faktiki olaraq, Azərbyacana düşmənin vura bilmədiyi zərbəni yarıtmaz siyasət vurub. Yəni, 20 faiz ərazinin işğalından sonra da güclü Azərbaycan yaratmaq mümükün idi. Amma 80 faiz ərazidə elə cəhənnəm yatatdılar ki, Göy göz Kosa da bu cəhənnəmi yarada bilməzdi. Bugün güclü iqtisadiyyatın göstəricisi kimi Norveçin deyil, Azərbyacanın adı çəkilə bilərdi. Amma bugün torpağımızı işğal etmiş, heç bir sərvəti olmayan Ermənistanda orta aylıq əməkhaqqı Azərbaycandan çoxdur. Bu gün Gürcüstanın  dövlət büdcəsi Azərbaycanın neftsiz büdcəsindən böyükdür.

Beləliklə, biz nəinki  neft ölkələriylə rəqabətə girə bilmədik, hətta sərvəti olmayan ölkələrdən də geri qaldıq. Norveç kimi ölkələrdə dövlət büdcəsi, bizim ölkəmizdə isə məmur büdcəsi şişdi.  Və bu faicəli tənəzzülün adını “analoqsuz inkişaf” qoydular.

İlham

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.