Loading...
Loading...
SEÇMƏ

“Qarabağ” Avropa Liqasında ilk qələbəsini qazanıb

Yayımlandı: 15 Sentyabr 2022 22:49

Fransa klubu Bakıda böyük hesabla uduzub

“Qarabağ” sentyabrın 15-də UEFA Avropa Liqasının qrup mərhələsində ikinci oyununu keçirib.

Bakıdaki Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda “köhlən atlar” Fransanın “Nant” komandası ilə qarşılaşıb. Oyun “Qarabağ”ın böyük hesablı qələbəsi ilə başa çatıb.

3:0 hesablı qələbədən sonra Azərbaycan çempionu qrup mərhələsində 3 xalla ikinci pillədə yer alıb.

Qrupun digər oyununda “Olimpiakos” Yunanıstanda “Frayburq”la (Almaniya) qarşılaşıb. Bu matçda qonaqlar 3:0 hesablı qələbə qazanıblar.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində növbəti oyununu oktyabrın 6-da Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcək.

Meydan TV

Gözdən qaçırmayın:  Müdafiə Nazirliyi siyahını yenilədi: Azərbaycan 71 itki verib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button